Paxlava

Paxlava

Paxlava

Bakı paxlavasının hazırlanması

Əla buğda unu – 240 qram, ərinmiş yağ – 60 qram, üzlü süd – 80 qram, yumurta – 1 ədәt, maya – 8 qram, təmizlənmiş badam və ya qoz ləpəsi – 200 qram, şəkər – 200 qram, zəfəran – 0,4 qram, vanilin – 0,2 qram, bal – 20 qram.

Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5 mm qalınlığında yayılır.

Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-04 mm qalınlığında iç tökülür.

İçliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir.

Sonra paxlava 10×4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkilir.

Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyulur. Paxlavanı 180-200 S-də 35-40 dəqiqə bişirirlər. Hazır olmağa 15 dəqiqә qalmış üstünə şərbət və yaxud bal tökülür.

Şəki paxlavası, Gəncə paxlavası, Riştə paxlava, Bakı paxlavası.

İçin hazırlanması:

Şirin badamın ləpəsini qaynar suya tökürlər, qabığı asanlıqla çıxana qədər (5-8 dəqiqə) pörtürlər, qabıqdan çıxarıb azacıq qurudaraq xırda gözlü badam 1:1 nisbətində şəkərlə qarışdırırlar.

Badam olmadıqda fındıq, qoz da götürmək olar. Fındıq, qozun içini tavada o vaxta qədər qovurlar ki, onun nazik qabığı asanlıqla çıxsın, lakin yanmasın.

Fındıq, qoz ləpəsinin qabığını cod dəsmal arasında sürtməklə çıxarır, sonra badam kimi maşında çəkib, 1:1 nisbətdə şəkərlə qarışdırırlar. Fındıq ləpəsinin keyfiyyəti badamdan aşağı olur. 

İçin üstündən 0,5 mm naziklikdə yuxa salıb, yenə iç səpirlər. Bu əməliyyatı yayılmış yuxalar qurtarana kimi təkrar edirlər. Axırıncı yuxanı yağlamadan salırlar və əllə yüngülcə basaraq sıxlaşdırırlar.

Sonra bu qat-qat xəmiri elə doğrayırlar ki, 10 sm uzunluqda və təxminən 4-4.5 sm enində romb şəkilli paxlavalar alınsın.

Paxlavaların üzünə zəfəranla qarışıq yumurta sarısı sürtülür.

Sonra hər rombun ortasına yarım dənə fındıq və ya püstə ləpəsi basırlar və paxlavanı sinilərdə istilik buxarına qoyub, qızarıncaya qədər bişirirlər.

Sonra üstünə qənd və ya balla yağdan hazırlanmış qatı şirə gəzdirirlər və yenə 5-6 dəqiqəliyə istilik buxarına qoyurlar. Sonra paxlavanı çıxarıb soyudurlar və üsulluca doğrayıb boşqaba yığırlar.

 

Lazım olan ərzaqlar:

Əla növ un – 600 q. 
Əridilmiş yağ -150 q. 
Qaymaqlı süd – 200 q. 
Yumurta – 3 əd. 
Duz – 5 q. 
Maya – 20 q. 

İç üçün: 
Qoz ləpəsi və ya fındıq ləpəsi, yaxud badam ləpəsi – 500 q. 
Şəkər – 500 q. 
Vanilin – 0.05 q. 
Zəfəran – 1 q.

 

Please follow and like us:

Leave a Reply