Azərbaycan Plovu

Azərbaycan Plovu

Azərbaycan Plovu

Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla).

Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir.

Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumax suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir.

Plovun üstündən ya bir qab ayran içilir, ya bir fincan iskəncəbi. Bütün bunlar yağın tamam parçalanıb həzm edilməsinə müsbət təsir göstərir. Düyüdən ən mükəmməl və çoxsaylı plovlar, xörəklər, əlbəttə ki, Azərbaycandadır.

Plov bişirmək üçün düyü arıdılır və 7-8 saat islağa qoyulur. Həmin suya duz tokülür. Böyük qazanda su qaynadılır və duzlanır. Düyü duzlu suda bişirilməlidir. Bunun üçün 1 kq düyüyə 6 litr su və 50 qram duz götürülür. Düyü qaynadıqda onun kəfi alınır. Bir qədər qaynadıqdan sonra düyüdən kəfkirlə götürülüb iki barmaq arasında əzilir. Əgər düyünün içi az da olsa əzilirsə, düyü süzülür. Düyü həlimlidirsə üstünə qaynar su gəzdirilir.

Plovlar

Bükmə plov, Şeşəndaz plov, Şüyüd plov, Meyvə plov, Toyuq plov, Çığırtma plov, Qiymə plov, Xam-döşəmə plov, Səbzi-qovurma plov, Ov quşu ilə plov, Ali müsəmbə plov, Şirin plov, Lobya-çilov plov, Fisincan plov, Südlü plov, Kükü plov, Qiymə-çığırtma plov, Şah plov.

Plovun yaranması

Plovun yaranma tarixçəsini Makedoniyalı İsgəndərlə bağlayırlar. Əslində isə bu yeməyin tarixi Makedoniyalı İsgəndərin dövründən də çox-çox əvvəllərə gedib çıxır. Plov sözünə X əsr yazılarında rast gəlmək mümkündür. Düyü qədim bitki hesab olunduğu üçün plov da qədim yeməklərdən hesab edilir. Plov yeməyi, təxminən XV əsrdən indiyədək Şərqdə Süfrələrin Şahı adını daşıyır. Bu yemək ən qiymətli yeməklər sırasında olub. Şərq xalqları plovu toylarda, böyük bayramlarda, ən əziz qonaqlar gələndə süfrəyə qoyurlar. Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. Düyünün vətəni Asiyadır. Plov Orta Asiya xalqlarının milli yeməyi hesab olunur. Bu yeməyin tarixi bir neçə min illər əvvələ – Hindistana, Çinə və Hind-Çinə gedib çıxır. Orta Asiyada 2,5 min il bundan əvvəl düyüdən istifadə olunmuşdur.

 

Please follow and like us:

Leave a Reply