Qəbələ Rayonu

Qəbələ Rayonu

Qəbələ Rayonu

Tarixi

Qəbələ şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. V əsrdə yepiskopun iqamətgahı Qəbələdə yerləşirdi. Musa Kalankatlı 488-ci ildə Aquen şəhərində çağırılmış məclisdə qəbul edilmiş kanonik qanunların altındakı imzalardan danışarkən hökmdar Vaçaqandan və Partav arxiyepiskopundan sonra qəbələ (Kapala) yepiskopu Manasenin imzasının durduğunu bildirir. Həmin müəllif VII əsrdə xalkedonit katolikos Nerseslə əlaqədar hadisələrdən bəhs edərkən ondan ayrılmış Kapalak yepiskopu İoannın adını çəkir. Məclis iştirakçılarının imzaları arasında da Albaniya katolikosundan sonra ikinci yerdə həmin Kapalak katolikosu İoannın imzası dururdu. I-V əsrlərdə Qəbələ alban Arşakiləri sülaləsi hökmdarlarının iqamətgahı idi.

Orta əsrlərdə Qəbələ

Lakin V əsrdən o, Sasanilərin təyin etdikləri mərzbanlann iqamətgahına çevrildi. VI əsrdə xəzərlərin basqınları ilə əlaqədar mərzbanların iqamətgahı Partava köçürüldü. Qəbələ 737-ci ildə ərəblər tərəfindən işğal edilənədək xəzər torpaqlarının tərkiibnə daxil idi. Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.Eramızdan əvvəl 331-321 ci ildə Makedoniyalı İsgəndərin İmperiyasının zəifləməsinin ardınca Şimali Azərbaycanda Qafqaz Albaniyası dövləti yaranır və onun mərkəz şəhəri və paytaxtı Kabalaka (Qəbələ) şəhəri olur. 

Relyefi

Rayonun relyefi dağlıq olub şimal hissədə Baş Qafqazın Cənub yamacının yüksək dağlığından başlanmış mərkəzi hissədə Alazan-Həftəran (Qanıx-Əyriçay) vadisində, cənub hissəsi isə Acınohur ön dağlığının Qəbələ yaylasına, bu yaylanın cənud sərhəddi Surxayxan (Axar-baxar) silsiləsinin suayrıcına qədər olan oraqrafik vahidlər bir-birini əvəz edir.Qəbələnin ərazisi yüksək dağlıq sahələrdən tutmuş dağarası vadilərə qədər, çay dərələri ilə parçalanmış sıldırımlı dərin dərələrdən hamar sətli yaylalara qədər bütün dağlıq relyef formaları bir-biri ilə növbələşir.

Dağlar və zirvələr

Respublkiamızın daxilində Böyük Qafqazın ən yüksək zirvələri: Bazardüzü (4466 m) Tufandağ (4206 m), Bazaryurd (4126 m) və Yan silsilərdə yerləşən Şahdağ (4243 m) zirvələri məhz Qəbələnin şimal sərhədlərində su ayrıcı da yerləşir. Rayonun torpaq-bitki örtüyü-Qəbələ rayonunun təbii sərvətləri sistemində onun torpaq-bitgi örtüyü özünəməxsus yer tutur. Rayonun ümumi torpaq fondu 150 min hektar olub istifadə olunmasına görə olduqca rəngarəngdir. Rayonda adambaşına düşən torpaq fondu təqribən respublkia üzrə olan göstəriciyə bərabər olub 1,5 hektar təşgil edir.

Yaşıllıqlar və meşə örtüyü

Dağ-çəmən torpaqları rayonun zəngin ot örtüyünə malik subalp və alp çəmənliklərinin inkişafı üçün əlverişli şərait yaradır.Meşə qurşağından yuxarıda, 1800-2000-dən 2500–3000 m hündürlüyə qədər subalp və alp çəmənlikləri, daha sonra isə qayalı subnival və qarlı-buzlaqlı nirel qurşaqlar bir-biri ilə növbələşir. Beləliklə cənubdan şimala Qəbələ təbiətinin seyrinə çıxan hər bir turist təqribən 100–120 km məsafədə Aralıq dənizi sahillərindən Arktikaya qədər rastlaşacağı təbii zonaları müşahidə edə bilər. Rayonda meşə örtüyü 60 min hektar olub.Rayonun şərq sərhəddində, Bakı-Qəbələ şosse yolunun üstündə 1981-ci ildə 5.878 ha sahədə, düzən meşə lantşaftının və xallı maralın mühafizə olunması üçün yaradılmış İsmayıllı Dövlət təbitə qoruğu yerləşir.

Qəbələ Rayonu
1993-cü ildə rayonun Vəndam, Dəmiraparan, Həmzəlli, Bum və Qaraçay çaylarının hövzələrində, həmçinin Əlvan (Alban) dərəsi ərazisində ümumi sahəsi 39.680 hektar olan Qəbələ dövlət təbiət yasaqlığı yaradılmışdır. Qeyd olunan yasaqlıqda düzən və dağ meşə lantşaftının müxtəlif ağac və kol bitgiləri, elecə də nəsli kəslimək təhlükəsi olan dağ kəli, qarapaça, cüyür, ayı, qaban, vaşaq və s. nadir heyvanılar mühafizə olunur.

Şahdağ Milli Parkı


Şahdağ Milli Parkı Şahdağ Milli Parkı – Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır. Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan İsmayıllı və Pirqulu Dövlət Təbiət Qoruqları 21014 hektar, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir.

Məqsəd

Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir. Milli Parkın ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.

Florası

Relyefin şaquli dəyişməsi və parçalanması, mürəkkəb iqlim şəraiti və torpaq örtüyü burada bitki örtüyünün olduqca müxtəlifliyinə səbəb olmuşdur. Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc kimi kol bitkiləri yayılmışdır. Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir.

Faunası

Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.İqlimin əsas tipləri Rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şauqli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur.

İqlimi

Gur yağan leysan yağışlar, isti hava şəraiti o zaman bu ərazidə həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur. Bir milyon il bundan əvvəl isə rayonun ərazisində indiki Aralıq dənizi sahillərinin iqliminə oxşar iqlim şəraitində çoxyarpaqlı həmişəyaşıl və yarpaqlarını ilin quraq fəslində yayda tökən bitkilərin inkişafı üçün şərait mövcud olmuşdur. 10 – 12 min il bundan əvvəl planetimizdə baş verən sonuncu materik buzlaşması zamanı rayonun yüksək və orta dağlıq qurşağı dağ buzlaqları ilə örtülü olmuşdur. Sonradan iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əriyərək tədricən kiçilmiş və müassir sərhədlərə yaxınlaşmışdır.

Müasir iqlim şəraiti


Qəbələnin müasir iqliminin formalaşmasında onun ekvatora görə coğrafi mövqeyi, günəş radiasiyasının (ümumi və düz) miqdarı, relyef və səthi örtüyünün müxtəlifliyi, həmçinin əraziyə daxil olan lakin hava kütlələrinin xarakteri mühüm rol oynayır. Qeyd olunan bütün bu iqlim əmələgətirici amillər rayon ərazisində tempraturun və yağıntının miqdarına, onun müxtəlif dərəcədə paylanmasına təsir göstərir. Qəbələnin hava və iqlim şəraiti 1936-cı ildən şəhərin və bir müddət Nic qəsəbəsində fəaliyyət göstərən meto stansiyada öyrənilir.

Please follow and like us:

Leave a Reply