Azadlıq Meydanı

Azadlıq Meydanı

Bakının ən böyük və önəm kəsb edən meydanının salınmasına 1952-ci ildə Hökumət evinin inşasından sonra başlanılmışdır. Keçmiş SSRİ məkanında ən böyük meydan olmuşdur. 1955-ci ildə Hökumət evinin qarşısında Vladmir İliç Lenin heykəlinin inşasından sonra meydan “Lenin meydan”ı adlandırılmağa başlanılmışdır. İlk dəfə 1988-ci ilin meydan hadisələri zamanı Lenin meydanı Azadlıq meydanı adlandırılmağa başlanılmışdır.

 

20 Yanvar hadisələrindən sonra isə meydanın yeni adı (Azadlıq meydanı) xalq tərəfindən birmənalı olaraq qəbul edilmişdir. Daha sonra isə bu ad rəsmiləşdirilmişdir. 2008-ci ildə Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin ikinci paradı keçirilmişdir.

Please follow and like us:

Leave a Reply