Azərbaycan Dövlət Akademik Filarmoniya binası

Azerbaycan dovlet filarmoniyasi

Azərbaycan Dövlət Akademik Filarmoniya binası

Flarmoniya haqqında qısa məlumat

Bakıda konsert kompleksi  Filarmoniya binası 1910-1912-ci illərdə mühəndisFlarmoniya binası Qavril Ter-Mikelovun layihəsi əsasında «Filarmoniya bağı» parkı  ərazisində inşa edilmişdir. Dövlət Filarmoniyası  25 may 1936-cı ildə yaradılmışdır. Azərbaycan Dövlət Filarmoniyası vətənimizin ən gözəl memarlıq abidələrindən biridir. 1936-37-ci illərdə binada bərpa işləri görulmuşdur. 1937-ci il avqust ayının 11-də işə Xalq Komissarları Sovetinin 5021 saylı iclasının qərarı ilə AK  MK-dan xahiş edildi ki, Əməkdar İncəsənət xadimi Müslüm Maqomedoviç Maqomayevin adını əbədiləşdirməkdən ötru Azərbaycan Dövlət Filarmoniyasına bəstəkarın adı verilsin.

Memarlıq xüsusiyyətləri

Palladiya ruhunda İtaliya intibahı, memarın layihəsini işlədiyi tikilinin obrazlı həllinə son dərəcə yaxşı uyğun gəlirdi. Bu həll, memarlıq-planlaşdırma ideyasını, tikili üçün ayırılan torpaq sahəsinin yeri – yerin uduşlu relyefini və iqlim xüsusiyyətlərini əvvəlcədən müəyyən edirdi. İctimai məclisin layihəsində koloritli və ifadəli (binanın aid olduğu mövzuya uyğun olaraq) kompozisiya yaradılmışdı. İşıq və kölgə oyunlarının böyük kütlələri ifadə etmək üçün vasitə kimi istifadə edildiyi, terras və verandalarla zəngin bina İntibah dövrü İtaliya villalarını xatırladır.Azərbaycan Filarnoniyası

Künc sahəsi, binanın kompozisiyasında, simmetriya üsulunu saxlamaqla planlaşdırma həllinin seçimini qabaqcadan müəyyən etmişdi. Plan artıq keçid və dəhlizlər olmadan, aydın və sadə şəkildə təfsir edilmişdi. Bütün əsas divarlar bir-biri ilə əlaqəlidir və vahid konstruktiv sxem təşkil edir. Filarmoniyanın qalan bütün otaqlarının birləşdiryi planda ellips şəkilli zal memarlıq-planlaşdırma kompozisiyasının mərkəzidir.

Mənzərəsi

Bina dənizə, mənzərəli Bakı buxtasına tərəf yönəlib. Cənub tərəfdən o, klassik orderləri istifdə etməklə incə və zərif şəkildə ayrın göstərilmiş təntənəli çoxyaruslu kompozisiya kimi qəbul edilir. Əsas həcm memarlıq kütlələrinin artan ritmik özəyi üzərində — yan qanadlardan mərkəzə doğru inşa edilib. Bütün həcmli-məkan quruluşu dekorativ fənərlə birgə günbəz və minarə üslublu cinahlardan çıxan düzgün quruluşlu qüllələr tamamlayıb.Flarminiya

Fasad mövzusunun inkişafını davam edən dekorativ işləmələr interyerin həllini maraqlı edir. Bu binada memarlığın xarici və daxili vahidliyini pozan eklektikaya yer verilməmişdir. İnteryerlərdə proporsiyların təmizliyinin, formaların gözəlliyinin qorunmasına diqqət verilmişdir. İnteryerlərdə həmçinin ,bütövlüyünün həmahəngliyini açan memarlıq düşüncəsinin məntiqinə birlikdə tabe edilmiş, İtalyan intibahının ən gözəl anlamında yalnız stilizasiya mövcuddur.

 

Please follow and like us:

Leave a Reply