“Dağ yəhudiləri”nin Sinaqoqu

dağ

“Dağ yəhudiləri”nin Sinaqoqu

Bakıdakı Dağ yəhudilərinə məxsus sinaqoqun binası 1945-ci ildən fəaliyyətə başlamışdır. Sovet hakimiyyəti dövründə II Dünya müharibəsi bitdikdən sonra yəhudilərə şəhərin mərkəzində dini tələbatın ödənilməsi üçün qədim bina ayrılmışdır. Binanın şəraiti çox ürəkaçan deyildi və buraya ibadətə gələnlər şəraitsizlikdən əziyyət çəkirdilər. Bu cür hal Azərbaycanın müstəqillik qazanmasına kimi davam etmişdir. Müstəqillik dövründə məbəddə təmir-bərpa işlərinə başlanılmış, sinaqoqun ikinci mərtəbəsi tikilmiş, buraya ibadətə gələnlər üçün uyğun şərait yaradılmışdır.

Yenidənqurma və əsaslı bərpa işləri

2010-cu ildə Bakı şəhərində aparılan yenidənqurma və əsaslı bərpa işləri ilə əlaqədar Dağ yəhudiləri üçün yeni sinaqoqun inşasına ehtiyac yaranmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə bu işə başlanılmışdır. 5 aprel 2011-ci ildə Nəsimi rayonu, Əli Mərdan Topçubaşov küç, 72 ünvanda Dağ yəhudiləri üçün inşa edilmiş yeni ibadət ocağının açılış mərasimi keçirilmişdir. Memarlıq xüsusiyyətlərinə və ölçülərinə görə təkcə Azərbaycanda deyil, regionda digər yəhudi məbədlərindən fərqlənən sinaqoqun açılış mərasimində rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, yəhudi icmasının üzvləri, eləcə də İsrail, Rusiya və digər ölkələrdən qonaqlar iştirak etmişlər.

Please follow and like us:

Leave a Reply