Müqəddəs Məryəm – Mövlud Pravoslav Kilsəsi

kilsə

Müqəddəs Məryəm – Mövlud Pravoslav Kilsəsi

Bazilika formasında olan “Müqəddəs Məryəm – mövlud” kilsəsi 1896-cı ildə ianələr hesabına tikilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir.

1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyerey Serqiy Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır.

26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksiy Müqəddəs Məryəm – mövlud kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir. Kilsədə pravoslav ədəbiyyatı ilə zəngin kitabxana, uşaqlar üçün bazar günü məktəbi, həmçinin xeyrat yeməkxanası fəaliyyət göstərir.

Please follow and like us:

Leave a Reply