Alov Qüllələri

Şərq ilə Qərbin qovuşduğu coğrafi ərazidə yerləşən Azərbaycanın paytaxtı Bakı özünəməxsus memarlığı ilə fərqlənir. Paytaxtın simasına xüsusi yaraşıq verən yeni memarlıq nümunələrinin inşası Bakını daha da gözəlləşdirir. Bunlardan biri də “Alov qüllələri» kompleksidir.

«Alov qüllələri» kompleksi— Bakı şəhərinin ən hündür binasıdır — hündürlüyü 190 metrdir. Tikiliş üçün 350 milyon ABŞ dolları xərclənib. Bu möhtəşəm kompleks hazırda dünyanıın ən gözəl müasir memarlıq incilərindən sayılır.  Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladırlar və üç çoxmərtəbəli binalardan ibarətdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir.

I qüllə-39 mərtəbədən, II qüllə-37 mərtəbədən, III qüllə-34 mərtəbədən ibarətdir. Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyasının qalibi elan edilib.

Təsadüfi deyil ki, Alov qüllələri Bakının  istənilən qonağını öz qeyri-adiliyi, gözəlliyi və möhtəşəmliyi ilə valeh edir. O, son illərin Bakısının əsl vizit kartına çevrilib.

Please follow and like us:

Leave a Reply