Azərbaycan Muğam Mərkəzi

Milli dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği xidmətində həyata keçirilmiş layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin dəyərli əsərləri sırasına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin tikintisinə 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə başlanılmış və 2008-ci dekabrın 27-də Mərkəzin açılışı olmuşdur.Mərkəzin memarları Vahid Qasım Tansu, Xauiddin Yayk, Etirne Ahmeddir.Ümumi sahəsi 7500 kvadratmetr olan binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır.

Üç mərtəbədən ibarət olan binada 350 yerlik konsert salonu, klub, dərs otaqları, səsyazma studiyası, 80 nəfərlik “Ud” restoranı var.Ən müasir texnologiyalardan istifadə edilməklə tikilən bina üçün avadanlıq İtaliya, Avstriya, Fransa və Türkiyədən idxal olunub. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə edilib. Bina müasir havalandırma və istilik sistemləri ilə təchiz edilib.Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur.

Please follow and like us:

Leave a Reply