Lahıc Qəsəbəsi

Lahıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə.

Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.

İqtisadiyyatı

XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdur [Mənbə göstərin]. O dövrdə Lahıcda 100-dən artıq sənət növü – misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və s. peşələr inkişaf tapmışdı.

Turizm mərkəzi açılandan sonra, təbii, qəsəbəyə qonaq-qara axını artacaq. Odur ki, yolu da təzələmək, qaydaya salmaq lazımdır. Ulu öndər Heydər Əliyev vaxtilə buna təşəbbüs göstərmiş, qərar da vermişdi. Sonra vəziyyət dəyişdi, SSRİ dağıldı, problem həllini tapmadı. İndi zamanı yetişib, Lahıcın adına layiq rahat və təhlükəsiz yol olmalıdır. Lahıcda Xınalıq yada düşür.

Lahıclılar əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldurlar.

Bunları bütün dünyaya nümayiş etdirmək üçün göyləri lacivərd, havası saf, suları can dərmanı, küçələri izdihamlı dağ kəndi Lahıcda turizm mərkəzi yaradılması zəruridir. İndinin özündə də buraya az turist gəlmir. İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan respublikamıza təşrif buyuranlar əsasən Lahıcda dincəlmək istəyirlər. Lakin onlar qəsəbənin daş döşəməli küçələrinə nə qədər heyrətlənirlərsə, Lahıc yolunun vəziyyətinə bir o qədər təəssüflənirlər. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır, hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir.

Abidələri

Lahıc qəsəbəsinin ən möhtöşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahicın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən.Bu binanı Lahıc camaatı «Hacılar həyəti» də adlandırırlar.

Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına (səhvən Hacı Qurban evi kimi) daxil edilmiş, lakin bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması ücün heç bir iş görülməmişdir. İldən-ilə bu tarixi abidə baxımsızlıqdan uçub-dağılır.

Lahıca gələn istər yerli olsun, istər də xarici turistlər olsun, bu qədim abidəyə baxmamış buranı tərk etmirlər.

Please follow and like us:

Leave a Reply