Şəki Xan Sarayı

Şəki Xan Sarayı

Şəki Xan Sarayı

Şəki xanlarının sarayı – Şəki şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər “Divanxana” adlanmışdır. Şəki xanlığının 1805-ci ildə Rusiyanın tərkibinə daxil olmasından sonra isə ona həm də rusca “Qorodskoy sud” deyilirdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.

İndi bizim “Şəki xan sarayı” adı ilə tanıdığımız bu bina, “Məhəmmədhəsən xan divanxanası”, Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın tikintisinə 1789/1790-cı ildə başlanılıb. Çox vax onun tikilmə tarixini səhvən “Şəkixanovların evi”nin (“Müştaq imarəti” -“Qurğuşunlu Otaq”ın) tikilmə tarixi ilə qarışdırılır. Binanın, inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir. Memar şirazlı Zeynalabdindir. O ki qaldı qalanın inşasına, o biyar yolu ilə, tikilmişdir. Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi idi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının yerində isə türmə binası tikiblər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilmişdir.

Please follow and like us:

Leave a Reply