Goygol Milli Parki

Göygöl Milli Parkı Kiçik Qafqaz sıra dağlarının şimal-şərq hissəsində dəniz səviyyəsindən 1000-3060 metr hündürlükdə yerləşir. Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılmışdır. 

Göygöl Milli Parkının əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcıları, müxtəlif meyllikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanmışdır.

Bu ərazidə Göygöldən başqa 17 xırda göl də var: Bu 17 göldən 14-nün adı xalq arasında daha çox tanınır, bunlar Maralgöl, Zəli, Qara, Güzcü, 2-ci Zəli gölü, Ördək, Quş, Ayı, Çoban, Turist və s. göllərdir. Adları çəkilən göllərin hər biri özünə məxsus şəkildə gözəl, füsünkar və möcüzəlidir. Bundan əlavə bu ərazilərdə ağacların kəsilməsinə də ciddi nəzarət olunur. Burada həmçinin bir çox xəstəliklərin müalicəsi üçün 423 növdə olan bitkilər var. Bunların 76 növü ağac və kollardır, yerdə qalanları isə çəmənlik, dərman və zəhərli bitkilərdir. Onu da qeyd edim ki, bura təkcə yay aylarında deyil, Göygölün qışı daha da gözəl olur. Burada hətta qış aylarında xizək sürmək üçün şərait də var. Qış turizminin inkişafı üçün bu ərazilər çox əlverişlidir.

Please follow and like us:

Leave a Reply