Bakı Fransız liseyi

 Liseyin təməli 2011-ci ilin 7-dekabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan «Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında» Sazişə əsasən qoyulmuşdur. Sazişi elə həmin gün Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə Xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalamışlar.

 Liseyin yaradılmasına Heydər Əliyev Fondu da dəstək vermişdir. Liseyin yaradılmasının əsas məqsədi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaratmaqdır.

Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı əsasında qurulmuşdur. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılır. Şagirdlərə veriləcək attestatFransa Milli Təhsil Nazirliyinin  standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.

 

Please follow and like us:

Leave a Reply