İvanovka Kəndi

İvanovka

İvanovka Kəndi

Kənd İsmayıllı rayonunun mərkəzindən 12-14 km cənub-qərbdə, Acınohur ön dağlığında yerləşir. Kəndin əsası 1847 – cı ildə çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulmuşdur.

Kəndin adı da onun yaradıcısı olan kəndçi İvan Perşinin şərəfinə qoyulmuşdur. Onlar tez bir zamanda özlərinə yurd salıb qurub, qonşuları olan azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar.

Kənddə yeni orta məktəb, kitabxana, xəstəxana, doğum evi, uşaq bağçası, elektron ATS var.

Kalxoz

1930-cı ildə İvanovkada o vaxtlar hər yerdə olduğu kimi «kolxoz» quruldu və o bu günki günə kimi öz fəaliyyətini davam etdirir. Kolxoz bacarıqlı işçi və uzaqgörənliyi ilə seçilən Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. O, kolxoza 1994-cü ilə kimi düz 41 il rəhbərlik edib. Hazırda kənddə 1000-ə yaxın təsərrüfat qeydə alınıb.

İvanovka

İvanovkalılar üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Çaxır, pendir və s. kimi məhsulları daxili bazarda öz yerlərini tutub. Kənddə bir neçə sex, park və zavod (məsələn: Kirəmit zavodu) fəaliyyət göstərir.

Please follow and like us:

Leave a Reply