Megafun Əyləncə Mərkəzi

Megafun Əyləncə Mərkəzi

Megafun Əyləncə Mərkəzi  17 coğrafi zonası ilə Avropanın ən böyük qapalı əyləncə mərkəzidir. Əyləncə mərkəzində 300-ə yaxın mexaniki attraksionlar, oyun aparatları və hər yaşa, hər zövqə uyğun əyləncə növü mövcuddur. Habelə 35-ə yaxın restoran, kafelər və mağazalar fəaliyyətdədir.

2012-ci  ildə yaranmasının  10-cu  ildönümündə, Avropanın ən böyük Qapalı Əyləncə Mərkəzi “Megafun”-ın fəaliyyətinə start verdi. Açılış müddətində əyləncə mərkəzi kompleksin sadəcə 3-cü mərtəbəsində məskunlaşaraq 200-dən çox attraksion yaradıldı. Eyni zamanda oyun aparatı, təbii buz meydançası, Bakıda ən böyük boulinq, 4,5 və 6D kinoteatrlar, lazer oyunları, qorxu tuneli, toqquşan maşınlar, qayıqlar və daha bir çox digər əyləncə vasitələrindən ibarət idi. Megafunda attraksion və oyunlardan istifadə kart vasitəsi ilə tənzimlənir. Megafunda bir kart növü mövcuddur-Balans Kartı.

Magic Jungle

Artıq burada kiçik qonaqlar üçün karusel və yelləncəklərlə bərabər, Magic Jungle adlı Bakının ən böyük güzgülü labirintidə var. 7 nəhəng dinozavrı ilə uşaqları nağıllar aləminə qərq edən DinoPark və yüzlərlə yeni attraksion və oyun aparatı ilə “ Megafun” böyükdən kiçiyə hər kəsin ən sevdiyi əyləncə obyektinə çevrilmişdir.

Megafun Əyləncə Mərkəzi həftə içi günlər saat 14:00-dan 23:00-dək, şənbə və bazar günləri (bayram və qeyri-iş günləri) isə saat 11:00-dan 23:00-dək fəaliyyət göstərir.

Megafun Əyləncə Mərkəzinə giriş ödənişsizdir.

Please follow and like us:

1 Comment

  1. […] Megafun Entertaintment Center, the biggest roofed entertainment centre in Europe, was opened in 2012 in the Azure complex of buildings. A year later the entertainment centre doubled its premises and currently occupies three storeys. Today, the total area of the expanded Megafun accounts for 30,000 sq.m. and includes 17 sectors. The entertainment centre has over 200 amusement rides, slot machines, an ice rink, the largest bowling alley in Baku (14 lanes for adults, 2 lanes for children), 4D, 5D, 6D cinemas, laser games, a tunnel of fear, bumper cars, a “Magic Jungle” mirror maze and Dino Park – the magic world for children with seven big dinosaur monsters. […]

Leave a Reply