Duzdağ Hotel Naxçıvan

Duzdağ Hotel Naxçıvan

Duzdağ Hotel Naxçıvan

Duzdağ Hotel Naxçıvan Fizioterapiya mərkəzi Naxçıvan Muxtar Respublikasında dəniz səviyyəsindən 1173 metr hündürlüyündə  fəaliyyət göstərir.
Fizioterapiya Mərkəzimiz  otelimizdən  2 km uzaqliqdadır.
Magara icərisində  Naxcıvan Muxtar Səhiyyə Nazirliyinin   və  “Duzdağ” Hotelinin  Fizioterapiya mərkəzində, 2 ayrı bölümdən ibarət,  Müalicə Mərkəzi vardır. “Duzdağ” Hotel Fizioterapiya  Mərkəzi, beton bloklardan ibarət  hava axımını kəsməyən,  xəstələrin bütün ehtiyacları düşünülmüşdür. Yaradılmış cəmi 5 qalereyaya paylaşmış 5 ulduzlu hoteldə  47 otaq, 128 yataq, kafeteriy, TV-salon və kitabxanadan ibarət kompleksimiz  xidmət göstərməkdədir.
“Duzdağ” Hotelinin  Fizioterapiya mərkəzində  həkim,  24 saat mühafizə, təmizlik  Sizin xidmətinizdədir.  Müalicə olunan xəstələrimiz tibb personalın nəzarətində olurlar. Gundüz  saatlarında  hotelimizin  rahat komfortlu otaqlarında Siz istirahət edə bilərsiz. Ğünün  yorğunluğunu, gərginliyini otelimizdə yerləşən  Aqua-parkda,  acıq və qapalı  havuzlarında,  basketbol, futbol meydançalarında,  tenis  kortlarında  və  sağlamlıq  mərkəzlərində  atabilərsiniz.

“SPLEOTERAPİYA” HAQQINDA  MƏLUMAT

Ötən əsrin ikinci yarısının əvvəllərindən isə dünya təbabət elminə bronxial astmalı xəstələrin karst mağaralarında, duz şaxtalarında müalicənin yüksək effekt verdiyi məlum olub. Uzun axtarışlardan, tədqiqatlardan sonra təbiblər bu qənaətə gəliblər ki, duz mədənlərində natrium və xlor ionları üstünlük təşkil etdiyindən o spleoterapiya-ağciyər bronx xəstəliklərinin müalicəsinə olduqca müsbət təsir göstərir            “Spleoterapiya” yunanca ”Spelaion” – mağara, kaha və “terapiya” – müalicə deməkdir.  Duz şaxtası şəraitində aparılan müalicə İtaliya, Macarıstan, Polşa, Almaniya, Ukrayna, Ruminiya və s. kimi ölkələrdə geniş yayılmışdır. Şaxta şəraitində ilk dəfə müalicə hələ 1871-ci ildə İtaliyanın Florensiya şəhərinin yaxınlığında, Toskana vilayətinin Monsumman yaşayış ərazisində stalaktiv və stalaqmit şaxtasında revmatik poliartritə tutulmuş xəstələrdə aparılmışdır. Şaxtanın mikroklimatında kalsium ionları üstünlük təşkil edir. Mikroklimatı natrium və xlor (Na+ Cl+) ionları üstünlük təşkil edən duz şaxtalan da var. Belə şaxtalar Polşanın Krakov şəhərində 1968-ci ildən, Ukraynanın Ujqorod şəhərinin Solotvino qəsəbəsində 1972-ci ildən və Azərbaycanın Naxçıvan şəhərində 1979-cu ildən fəaliyyət göstərirlər.
Naxçıvan Respublika Fizioterapiya xəstəxanası dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Xəstəxananın yeraltı şöbəsi Naxçıvan şəhərindən 12,2 km aralıda yerləşir. Yeraltı şöbə duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 9 işlənmiş ştrixdə yerləşir. Şəhər Mərkəzindən  Duzdağ Fizioterapiya Mərkəzinə – 9.8 km-dir, Xəstəxana ilə Duz mədən arası məsafə isə – 2.4 km-dir.

Hotel xidmətləri:

Fitness zalı, İnternet, jakuzi, ənənəvi çay, Türk hamamı, uşaq meydançası, bilyard salonu, idman zalı, qəhvə mağazası.
Yeməklər, Restorantlar və …:

Səhər yeməyi, nahar, yemək, bufet, restoran, Türk restoranı.
İdman salonu və hovuzlar:

Jakuzi, Fitness klubu, Sauna. Üzgüçülük hovuzu, açıq hovuz, Türk hamamı, jakuzi, fizioterapiya və masaj salonu.
Hotelin adı:

Duzdagh Hotel Naxçıvan
Ulduz (lar):

5*
Şəhər:

Naxçıvan
Hava limanına olan məsafə:

30 dəqiqə
Ünvan:

Duzdağ Şaxtası yolu


Please follow and like us:

Bir cavab yazın