Relax Hotel Lerik

Relax Hotel Lerik

Relax Hotel Lerik

Hotel Azərbaycanin gözəl guşələrindən biri olan Lənkəran-Lerik yolunun 33cu km-də yerləşir. Bakıdan məsafəsi 298 km dir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir. Əgər siz Relaxa iş görüşmələri və ya dincəlmək ücün gəlirsinizsə sizə lazım olan hər bir şəraiti bizdə tapa bilərsiniz. Və burada sizin dincəlməyiniz, yadda qalan xos vaxt kecirməyiniz ucun hər bir şərait yaradılmışdır. Vaxtınıza qənaət üçün isə həftədə 3 dəfə Bakı-Lənkəran-Bakı təyyarə turları (uçuş müddəti cəmi 40 dəqiqə) və çox rahat  avtobus turları təşkil etmişik.

Kotteclər

Bu tipli evlər və standart  otel otaqlarında yumşaq mebellər, isti-soyuq su, kabel televiziyası və  telefon və kabelsiz internet xidmətlərindən yararlanmaq olar. Mərkəzdə Şərq üslubunda qurulmuş külafirəngilər, milli və Avropa mətbəxli 350 nəfərlik yay və qış restoranları, restoran-bar, diskoteka, boulinq, uşaq əyləncə meydançası, billyard, tennis futbol, volleybol meydancaları fəaliyyət göstərir. ANİMASİON-ŞOU isə sizin istirahətinizə unudulmaz anlar bəxş edəcək. Ailənizin, sevdiklərinizin  və kollektivinizin vaxtını şən və səmərəli kecirmək  istəyirsinizsə ”Relax”a buyura bilərsiniz. Kompleks hər cür şəraitə malik olan 2 və 4 nəfərlik standart otel otaqları və 2, 4 və 5 nəfərlik kottec  tipli otaqlardan təşkil olunmuşdur. Buradakı yüksək səviyyəli personal, Şərq  və Qərb üslubunda fəaliyyət göstərən restoranlar, barlar ,diskotekalar,hovuz və spa mərkəzi, tennis kortu, tir, billiard, mini qolf  meydancaları, atcılıq, ATV  və s növbənöv əyləncə kompleksləri 24 saat xidmətinizdədir

Xidmətləri:

İnternet, Park, Transfer, Televiziya və Radio, Taksi, Suit, Printer və Skaner, Faks, Otaq xidməti və Mini bar, Xaricilər üçün tərcüməçi, Lobby, Safe Box, Konfrans Salonu, Camaşırxana, Lift, Peyk və Telefon , ATM, Yanğından mühafizə sistemi, saç qurutma maşını, gündəlik qəzet və jurnal, kondisioner sistemi və ütü, istilik və soyutma sistemi, mineral su.


Yeməklər, Restorantlar və …:

Səhər yeməyi, Azərbaycan Restoranı.


Əyləncə və istirahət:

Hovuz.


Adı:

Relax Hotel.


Ulduz (lar):

3*


Şəhər:

Lerik.


Ünvan:  

Lerik yolu, Lənkəra rayonu.

 

 

Please follow and like us:

Leave a Reply