Xan Otel Lənkəran

Xan Otel Lənkəran

Xan Otel Lənkəran

Bir tərəfi firuzə gözlü Xəzər dənizi, digər tərəfi zümrüd meşəli Talış dağları ilə əhatə olunmuş gözəlliklər məskəni Lənkəran şəhərinin bu ecazkarlığını artıran füsünkar Xan Otel Lənkəran  artıq fəaliyyətə başlamış, öz təkrarolunmaz gözəlliyi, əvəzsiz mədəni xidməti ilə Sizin ixtiyarınızdadır.

Qədim milli üslublu, butik tipli Eko-otel həmçinin Lənkəran şəhərinin mənzərəli və əlverişli hissəsində yerləşir. Hətta “Şərqin simvolu” adlanlıdırlmağa layiq olan bu muzey xarakterli, nadir və əvəzsiz otel hər bir qonağı qədim dövrlərə – Lənkəran xanlığına “səyahətə” aparır, xoş anlar yaşadır. Sözlə tərifi mümkün olmayan bu möhtəşəm əsrarəngiz, təmtəraqlı “Xan Lənkəran” oteli sizi məftun edəcəkdir. Çünki bura ekoloği cəhətdən təmiz, təbii tikinti materiallarının qeyri-adi xüsusiyyətlərini qoruyub saxlamaqla, fərdi ləyihə üzrə tikilmiş, milli ruhu, tarixi ab-havanı özündə yaşadan yeganə oteldir. Hətta buradakı Talış meşəsinin nadir ağaclarından hazırlanmış sürahilər, oturacaqlar, qızıl palçıqla parlaq samandan çəkilmiş suvaq, divarları və döşəməni zərif naxışlı, qədim əl xalçaları, divar asılmış şamdanlar, qotazlı-baftalı mütəkkələr, nəfis mis və saxsı qablar – bir sözlə burada gördüyünüz hər şey Azərbaycan xanlığını qədim təntənəli dəbdəbəli zadəgan həyatından xəbər verir.

Bizim oteldə “rəsmilik” yoxdur. Siz həqiqətən də, bu qədim otağların rahatlığına, romantizminə qapılacaq, ürəyinizcə istirahət edəcəksiniz. Qədim həyat tərzi ilə ən yeni texniki avadanlığı, müasir həyatı özündə birləşdirən bu sirli, ecazkar məkan yüksək zövqlü adamların seçimidir. Sağlam mikromühit, isti münasibət və rahatlığınız məhz bu oteldə təmin ediləcəkdir.

Hotel xidmətləri:

Xan Otel Lənkəranın təqdim etdiyi xidmətlər: İnternet, Park, Transfer, Televiziya / Radio, Taksi, Suit, Printer/ Skaner, Faks, Otaq xidməti, Mini bar, Xaricilər üçün tərcüməçi, Lobby, Safe Box, Konfrans Salonu, Camaşırxana, Lift, Peyk, Telefon , ATM, Yanğından mühafizə sistemi, saç qurutma maşını, gündəlik qəzet və jurnal, kondisioner sistemi, ütü, istilik / soyutma sistemi, mineral su.

Yeməklər, Restorantlar və …:

Səhər yeməyi, Azərbaycan Restoranı, Avropa Restoranı.

Hotel adı:

Xan Otel Lənkəran

Ulduz (lar):

3*

Şəhər:

Lənkəran

Ünvan:

 Lənkəran rayonu, Ləvəngi qəsəbəsi.

Please follow and like us:

Leave a Reply