Ankara Turu

Ankara Turu

Ankara Turu

Ankara -Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir.Ankara Türkiyənin İç Anadolu bölgəsində yerləşir.

Şəhər haqqında

 Şəhərin  XX əsrədək əhalisi 16 min nəfərdən ibarət kiçik şəhərcik idi və Anqora yunuyla tanınırdı. 1923-cü ildə milli-azadlıq müharibəsi zamanı Ankara Türkiyənin paytaxtı oldu.

Ankaranın arxitekturası kifayət qədər müxtəlifdir və şəhərin tarixini əks etdirir. Şəhərin ən köhnə görməli yerləri öz tarixini Roma vaxtlarından başlayır – bunlar Roma hamamları, Yulian kolonnası və Roma məbədidir.

Bizans dövrünə aid İçqala Hisar və qəbiristanlıq xüsusilə maraqlıdır. Səlcuklar Ankaraya kvadrat formalı Ələddin məscidini vermişdir.

Osmanlı hakimiyyəti dövründə Ankarada bir çox tarixi binalar tikilmişdir. Daha erkən binalar çox təsiredici olmasalar da, turistlərin diqqətini qazanmışlar.

Onların arasında daha diqqətəlayiq Haci Bayram Məscidi və Mahmud Paşa bazarıdır. 

Çağdaş şəhərin mərkəzi strukturu Türkiyədə indiyə qədər böyük hörmətə  layiq Atatürk məqbərə kompleksidir.

Köklü tarixə malik olan Ankara şəhəri zəngin mədəniyyətə malikdir.

Ankarada gəziləcək bir çox turistik-tarixi məkanlar vardır, bunlardan bir neçəsi ilə sizləri tanış edirik.

Memarlıq

Anıtkabir memarlıq baxımından bir neçə hissədən ibarətdir.  Mavzoleyə gedən yol  “Aslanlı yol” adlanır. Həmin yolun sağ və solunda ümumilikdə 24 aslan heykəli var.

Eyni zamanda burda 10 müxtəlif mövzuya ithaf edilmiş  qüllələr də var ki, (İstiqlal, Hürriyyət, Sülh, İnqilab və s.) onların da hər birinin içərisində aid olduğu mövzularla bağlı Atatürkün dediyi sözlər və müxtəlif eksponatlar var.

Aslanlı yolun sonunda  tədbirlərin keçirilməsi üçün böyük bir meydana, oradan da movzaleyə keçmək olur.

Turistik zona

Hamamönü bizim İçərişəhər kimidir.

Şəhərin ilk yaşayış nöqtələrindən biri hesab olunur.

Son dövrlərdə yaxşı restavrasiya edilib və yenidən qurulub. Ən maraqlısı isə, yenidən qurulmuş olsa da, hələ də insanların öz əvvəlki işləyirlə məşğul olmaları,  yaşayış tərzlərini dəyişməmələridir.

Zövq alaraq saatlarla gəziləcək gözəl bir yerdir. Buradakı kafelər qumda bişirilən türk qəhvəsi və zəngin səhər yeməyi menyuları ilə məşhurdur.

Burada eyni zamanda Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun ev muzeyi də yerləşir.  Bundan başqa qədimi əşyalar, hədiyyəlik suvenirlər, əldə düzəldilmə kiçik sənət nümunələri satılan məkanlar da, özü elə gəzilməli yerlərdir.

Please follow and like us:

Leave a Reply