Şəki Turu

Şəki Turu

Qiymət: 25 Azn

 

Toplanış yeri: 28 Mall ticarət mərkəzinin qarşısı.

Toplanış vaxtı: 06:30

Çıxış: 07:00

23:00 Bakıya Çatmaq

Qiymətə daxildir:

Komfortlu Nəqliyyat

Səhər yeməyi

Foto çəkiliş

Tur Rəhbər

Maraqlı oyunlar

Ekskursiyalar:

Xan Sarayı

Karvansaray

Kiş Alban məbədi

Əliəhməd Şirniyyat evi 

Qeyd :

Toplanış saatı dəyişdirilə bilməz.

Təyin olunmuş vaxtda yola düşürük.

Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.

Qayıdış vaxtı müəyyən vaxtlarda  gec və ya tez ola bilər.

10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.

0-5 yaş uşaqlar ödənişsiz (6 yaşdan yuxarı tam ödənişli).

Nahar tura daxil deyil. Turistlər öz büdcələrinə nahar edə bilərlər.

Tur zamanı spirtli içkilər qəti qadağandır.

Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir.

İstəyə uyğun tur proqramına əlavə və dəyışıklıklər etmək mümkündür.

Nəzərdə tutulmuş saydan aşağı turist sayı olarsa qiymət dəyişimi ola bilər

Şəki Xan Sarayı

Şəki xanlarının sarayı – Şəki (Shaki – Sheki – Şeki) şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər “Divanxana” adlanmışdır. Şəki xanlığının 1805-ci ildə Rusiyanın tərkibinə daxil olmasından sonra isə ona həm də rusca “Qorodskoy sud” deyilirdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.

İndi bizim “Şəki xan sarayı” adı ilə tanıdığımız bu bina, “Məhəmmədhəsən xan divanxanası”, Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın tikintisinə 1789/1790-cı ildə başlanılıb. Çox vax onun tikilmə tarixini səhvən “Şəkixanovların evi”nin (“Müştaq imarəti” -“Qurğuşunlu Otaq”ın) tikilmə tarixi ilə qarışdırılır. Binanın, inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir. Memar şirazlı Zeynalabdindir. O ki qaldı qalanın inşasına, o biyar yolu ilə, tikilmişdir. Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi idi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının yerində isə türmə binası tikiblər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilmişdir.

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-2029804     Sosial şəbəkədə ünvanlarımız:       

 

 

Please follow and like us:

Leave a Reply