Termal və SPA turları

Naftalan

Naftalan Azərbaycan – dünya əhəmiyyətli unikal müalicəvi kurort, yeganə müalicəvi naftalan nefti yatağıdır. Naftalan hələ qədim zamanlardan dayaq hərəkət aparatı xəstəliklərinin, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanıb. Naftalan iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır. “Qara qızıl çeşməsi – sağlamlığın açarıdır”- Naftalan müalicə ocaqlarının şüarı belə səslənir.
Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə (Kirovabad) şəhərindən 50 km məsafədə, ekoloji təmiz rayonda yerləşir. Hal-hazırda Naftalan kurortu maksimal rahat komfortlu şəraitdə 70 – dən artıq xəstəliyin müalicəsini təmin edir. Naftalan sanatoriyaları il boyu dünyanın bütün ölkələrindən gələn xəstələri müalicə üçün qəbul edir. İxtisaslı, təcrübəli və xoşniyyətli kollektiv ən vacib məqsədə, İnsan sağlamlığına nail olmaq üçün bütün qüvvəsini sərf edir.

NAFTALANIN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ


Naftalan nefti dəridən hoparaq kapilyar qan axınına müsbət təsir göstərir, kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşırdırır və mikroblara qarşı təsir qüvvəsinə malikdir.

Qəbələ-Yengicə

Qafqaz Yengicə Hotel müasir standartlara cavab verən unikal istirahət və rekreasiya mərkəzidir.Bu otelin unikallığı ərazidə yerləşən müalicəvi su mənbəyidir. Tarixi araşdırmalar kimyəvi və tibbi testlər bu mineral suyun yüksək dərəcədə müalicəvi bərpaedici təsirini sübut etmişdir.Qəbələ rayonunun Yengicə kəndində yerləşən mineral su mənbəyi qədim zamanlardan yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Buna əlavə olaraq otelimizdə Naftalan nefti ilə müalicə prosedurları mövcuddur.
Qafqaz Yengicə Hotel Naftalan neftinin mineral suyun şəfaverici xüsusiyyətlərini və müasir standartlara əsaslanan otelçilik ənənələrini Sizin xidmətinizə təqdim edir.

Otel

Otelimizdə spa mərkəzi idman salonu, qapalı hovuz ,restoran və bar istirahətinizi səmərəli şəkildə tamamlamağa kömək edəcəkdir.
Mineral suyun müalicə etdiyi xəstəliklər: sümük ağrıları, revmatik ağrılar, əzələ ağrıları, dəri xəstəlikləri, osteoxondroz və s.
Naftalan neftinin müalicəvi xüsusiyyətləri:dəri xəstəlikləri , nevroloji xəstəliklər, dayaq hərəkət sistemi xəstəlikləri ginekoloji və uroloji xəstəlliklər, burun-boğaz stomatoloji və ürək damar xəstəlikləri.

  • Qəbələnin mərkəzindən 18 km məsafədə
  • Qəbələ Hava Limanı 40 km
  • Gəncə Hava Limanı 207 km
  • Heydər Əliyev Hava Limanı 250 km

Masallı-İstisu

İstisuyun müalicəvi əhəmiyyəti

Yardımlı yolundan baxanda qarşı dağın qoynundakı Istisu şəfa ocağı yığcam, müasir bir düşərgəni xatırladır. Istisu sanatoriyasında eyni vaxtda 200-dək adamı qəbul etmək və xidmətində durmaq mümkündür. Sanatoriyaya, hətta xaricdən də insanlar müalicəyə gəlirlər.
İstisu «Fatimeyi-Zəhra» Şəfa Sanatoriyası Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-2029804    Sosial şəbəkədə ünvanlarımız:        

 

   

 

Please follow and like us:

Leave a Reply