Ərdəbil – Sərein Turu

Sərein Turu

erdebil-sarein

Ərdəbil – Sərein Turu (3 gecə 4 gün)
Qiymət: 190-235 ( Qiymətlər otellərə görə dəyişir)

Ali (3*) — 190 AZN

Lala (4*) — 220 AZN

İrshad (4*) — 235 AZN

Qiymətə daxildir:

  • Komfortlu nəqliyyat
  • Transfer
  • Tur rəhbər
  • Otel
  • Səhər yeməyi
  • Ekskursiya

Ekskursiyalar:

Şeyx Səfi məqbərəsi
Savalan dağı
Şorəbil gölü
Səreinin isti sulari

Tur Proqramı:

1-ci gün

06:00- toplaşma Baki ş, 28 MALL ticarət mərkəzinin qarşısı
06:30-09:30- Azərbaycan-İran sərhədinə komfortlu avtobusla gediş
10:30-15:00- Biləsuvar-Ərdəbil yolu
15:00-15:30- Oteldə yerləşmə

 

2-ci gün

09:00-10:00- Oteldə səhər yeməyi (qiymətə daxildir) 

10:00 – 12:00- Şeyx Səfi məqbərəsi

12:00 – 14:00- Savalan dağı

14:00 – 15:00- Nahar fasiləsi (qiymətə daxil deyil)

15:00 – 17:00- Şorəbil gölü

17:00 – 19:00- Səreinin isti sulari

19:00 – 20:00- Şam yeməyi (qiymətə daxil deyil)

20:00- Otelə dönüş (Sərbəst vaxt)

 

3-cü gün

Ekskursiyamızı istəyinizə uyğun olaraq təkrar edə bilərik (qiymətə daxil deyil)

 

4-cü gün
09:00 – 10:00- Oteldə səhər yeməyi (qiymətə daxildir)
10:00 – 11:00- Otaqların təhvil verilməsi
11:00 – 16:00- Ərdəbil-Biləsuvar yolu
17:00 – 20:00- Biləsuvar-Bakı yolu

 

Qeyd:

• Rezervasiya günləri istəyə uyğun olaraq təşkil oluna bilər.
• Müştəri istəyinə uyğun olaraq city tour, transfer, aviabilet, sığorta xidmətləri göstəririk.

 

 Sarein (Sarıqaya)

 

İranın Ərdəbil (Ardebil – Ardabil) ostanında, Cənubi Azərbaycan ərazisində, Savalan dağının ətəyində yerləşən İsti su, Kükürdlu suları ilə çox məşhur və mulicə məskəni olan bir şəhərdir.

Bölgənin adı farsca “baş, üst, təpə” mənalarını daşıyan “sər”, və ərəbcə “göz, bulaq” mənalarını daşıyan “eyn / əyn” sözlərindən ibarətdir; adın mənası “bulaq başı“, “bulaqlı təpə” kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.

Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə şöhrətə sahibdir.

Termal turlar

Sərein müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xususiyyətə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir.

Səreinin tanınmış istisuları arasında Qarasu, Sarısu, Gamışgölü,Əsəb xəstələri üçün su,Dəri zöhrəbi xəstəlikləri üçün su və Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Sərein yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.

 

 

Please follow and like us:

Leave a Reply