Təbriz Şəhəri

Təbriz Şəhəri

Təbriz (Tabriz – Tebriz) Şərqi Azərbaycan əyalətinin və Təbriz şəhristanlarının mərkəzidir. Şərqdən 46-cı meridianla şimaldan 38 dərəcə paralel yerləşən Təbriz şəhəri dəniz səviyyəsindən 1351,4 metr yüksəklikdədir. Azərbaycan Respublikası sərhədi ilə Təbrizi 140150 km-lik masafə ayırır. Təbriz-Culfa yolunun uzunluğu şosse yolu ilə 146 km, dəmiryolu ilə 155 km-dir. Bu şəhər Azərbaycan Respublikası, Naxçıvan və Ermənistanla həmsərhəd olduğu üçün strateji və ticari əlaqələr cəhətdən də böyük əhəmiyyətə və mövqeyə malikdir. Təbriz şəhristanının sahəsi 453000 kv.km, əhalisi isə 3526000 nəfərdir. Şəhristan şimaldan Əhər və Şəbüstərlə, şərqdən Sərab və Miyana, cənubdan Marağa, qərbdən usə Urmiya gölü ilə həmsərhəddir.

Nəqliyyat

Təbriz yollar qovşağında yerləşən şəhərdir. Tehrandan Təbrizə qədər uzanan asfalt yol (624 km) Culfaya qədər (Azərbaycan Respublikasına qədər) uzanıb gəlir. Təbrizdən keçən digər yol (şahrah yol) bütün İranı Türkiyə (Tehran-Ankara) və Avropa ilə birləşdirir. Bu yol Azərbaycanın Qəzvin, Zəngan, Miyana və Marağa şəhərlərindən keçərək Təbrizə gəlir. Tehrandan başlayıb Təbrizdə qurtaran dəmiryolu Təbrizin yaxınlığında Sofiyan qəsəbəsindan iki istiqamətə: Şimala – Culfaya, Qərbə – Türkiyəyə tərəf yönəlir. Bu yol İranın təsərrüfat həyatı, xarici iqtisadi əlaqələri və sərnişin daşıma işlərində və s. mühüm əhəmiyyəti vardır. Təbriz eyni zamanda hava yolları üzərində yerləşən şəhərdir. Acıçay vadisində yerləşən Təbriz təyyarə meydanı Güney Azərbaycanın ən böyük hava limanıdır. Hava xətti ilə Tehrana, Bakıya və Ankaraya cəmi 1 saatlıq yoldur.

Tarixi abidələr

Şəhər ətrafındakı Səhənd dağları və şəhərin içindəki eynəli təpələri, yaşıl parklar, xüsusən El gölü parkı, böyük və qədim bazar, çoxlu tarixi abidələr, magistral yollar, böyük ticarət mərkəzləri bu şəhərə xüsusi bir gözəllik bəxş edir. Şəhərə həmçinin Göy məscid, Ərk qalası, “Gəncinə” (Xəzinə) muzeyi, Təbriz bazarı, Şah gölü (El gölü), Məqbərətüşşüara (Şairlər Məqbərəsi), Camaat (Camiə) məscidi və s. xüsusi gözəllik verir.

 

Təbriz Şəhəri      Təbriz Şəhəri

Təbriz Şəhəri

Please follow and like us:

Leave a Reply