Alanya Turu

Alanya Turu

Alanya Türkiyənin cənub kurort və «Türk rivyerası»nın ən sürətlə inkişaf edən ilçəsidir. Ərazi olaraq Antalya bölgəsinə bağlıdır. Strateji baxımdan Ağdəniz bölgəsində kiçik bir yarımada şəklində yerləşən Alanyanın şimalında Toros dağları uzanır. Məhz dəniz və dağın harmoniyasının yaratdığı unikal mikroiqlim ekvator iqlimin vəhşi təbiətində yetişən meyvələrin bu bölgədə də yer almasına imkan verir.Alanya adı, Latınca (Coracesium) və Yunanca (Korakesion) Luvi dilində uc çıxıntılı şəhər mənasına gələn Korakassa sözündən götürülüb. 1935-ci ildə Mustafa Kamal Atatürkün buraya səfəri ilə şəhər adının son halını alıb. Alanya uzun dəniz mövsümü və isti qışı ilə məşhurdur. Möhtəşəm dəniz və dağların görünüşündən zövq almaq üçün insanlar bu sahillərə üz tutur. Beynəlxalq Folklor Festivalının keçirildiyi avqust ayında Alanyada həyat daha şən və maraqlı olur.

İlçəyə turistlərin gediş-gəlişi həm Antalya Hava Limanı, həm də Alanyanın 45 km-də yerləşən Qazipaşa Hava Limanı vasitəsilə həyata keçirilir. Alanyanın tarixi yerləri: Alanya qalası, Grafitli çeşmə, Antrepolar, Topxana məhəlləsi və s. Şəhər mərkəzinə uzaqlığı 154 km-dir. Cənnət şəhəri Alanya narıncı bağlar ilə əhatə olunmuş və yüngül dağlarla üzləşir. Mavi çimərliklər, canlı bazarlar, tarixi abidələr, əsrarəngiz təbiət gözəllikləri, yumuşaq narıncı hava insanı valeh edir. İncəqum, Damladaş, Ulaş və Kleopatra plyajları təmiz qumu, saf suyu ilə gözalıcı bir  gözəlliyə sahibdir.

Alanyanın tarixi yerləri: Alanya qalası, Grafitli çeşmə, Antrepolar, Qırmızı qala

Qırmızı qala ilə (Kızıl Kule) — şəhərin simvolu ilə tanış edir. 1200-ci illərdə tikilən qala bölgənin ən görkəmli tikililərindən sayılır. 33 m yüksəkliyə sahib olan qala qırmızı kərpicdən tikilib. Bu qala haqqında “qala adını rəngindən alır” deyirlər. 8 guşəli qala yaxındakı Tərsanəni qoruma məqsədilə tikilib. Qakanın ortasında su anbarı, yuxarı çıxmaq üçün pilləkənləri var. “Qala Alanya alındıqdan 5 il sonra Səlcuqlar tərəfindən tikilib.

Alanya qalası

Kandeleri adı ilə tanınan Alanya yarımadasındakı yaşayış məskəni, ellinizm dövründən günümüzə gələn tarixi abidə XIII əsr Səlcuqlu əsəridir. Qala 1221-ci ildə şəhəri alıb yenidən inşa etdirən Səlcuqlu Sultanı I Əlaəddin Keyqubad tərəfindən inşa etdirilib.

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-2029803      Sosial şəbəkədə ünvanlarımız:       

   

 

Please follow and like us:

Leave a Reply