Istanbul Turu

İstanbul

İstanbul— Türkiyənin ən böyük şəhəri, dəniz limanı, ölkənin sənaye-ticarət və mədəniyyət mərkəzi. Roma İmperiyası, Bizans İmperiyasının və Osmanlı İmperiyasının paytaxtları olmuşdur. Yunan qaynaqlarında “Byzantion”, rus mənbələrində “Tsarqrad”, Şərqi Roma İmperiyası dövründə “Konstantinopol” adlandırılmışdır. Bosfor boğazının sahillərində və əfsanələrə görə yeddi təpə üzərində qurulmuşdur.

Şəhər iqtisadi böyüklük baxımından dünyada 7, əhali baxımından bələdiyyə sərhədləri göz önünə alınaraq edilən sıralamağa görə Avropada, ilk sırada gəlir.

İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə sahili və Boğaziçi boyunca, Halıçın də çevrələyəcək şəkildə qurulmuşdur. İstanbul qitələrarası bir şəhər olub, Avropadakı hissəsinə Avrupa Yakası və ya Rumeli Yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakasıvə ya Asya Yakası deyilir.

Coğrafi quruluş

Tarixdə ilk olaraq üç tərəfi Mərmərə dənizi, Boğaziçi və Halıçın qucaqladığı bir yarım ada üzərində qurulan İstanbulun qərbdəki sərhədini İstanbul qala divarları meydana gətirməkdə idi. İnkişaf və böyümə müddətində divarın hər səfərində daha qərbə ilərləyərək inşa edilməsiylə 4 dəfə genişlədilən şəhərin 39 mahalı vardır. Sərhədləri içərisində isə böyük şəhər bələdiyyəsi ilə birlikdə cəmi 40 bələdiyyə var.

Bizans İmperiyası

Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul eramızın 330 – 395 illəri arasında Roma İmperiyasının, 395 – 1204 ilə 1261 – 1453 illəri arasında Şərqi Roma (Bizans) İmperiyasının, 1204 – 1261 arasında Latın İmperiyasının və 1453 – 1922 illəri arasında Osmanlı İmperiyasının paytaxtı olub. Bundan başqa İstanbul, xilafətin Osmanlı İmperatorluğuna keçdiyi 1517-ci ildən ləğv edildiyi 1924-cü ilədək sünni İslamın da mərkəzi idi.

Almaniyanın Essen və Macarıstanın Peç şəhərləri ilə birgə İstanbul 2010-cu ildə Avropanın mədəniyyət paytaxtlarından biri elan edilmişdir.

Please follow and like us:

Leave a Reply