Uludağ Turu

Uludağ Turu

Uludağ

Uludağ antik dövrlərdə Kiçik Olimp adlanmış. Bursa ili daxilində yerləşən, Uludağ silsiləsinin ən yüksək zirvəsi. Uludağ həm də, Mərmərə regionunun ən yüksək zirvəsi hesab olunur. Ümumi uzunluğu 40 km, eni 15–20 km arasında dəyişir. Dağın Bursaya baxan hissəsi az meyilli, digər cənub yamacı isə dikdir. Ərazinin ən yüksək nöqtəsi Uludağ təpə adlanır(2543 m).

Coğrafiyası

Uzaqdan, Bursa tərəfdən dağa baxarkən görünən yüksək təpə ərazinin ən yüksək zirvəsi kimi qəbul edilir. Əslində zirvə kimi görünən bu təpənin adı Keşiş Təpədir və hündürlüyü 2486 metrdir. Uludağ təpə və ya Qaratəpə (2543 m) Keşiş Təpənin 5 km cənub-şərqində yerləşir. Dağın şimal tərəfində Sarıalan, Kirazlı, Kadı, Sobra yaylaları vardır. Uludağda qış aylarında çox yağan qar səbəbi ilə qarın qalınlığı 4 metrə çatır və qar örtüyü 2000 m hündürlüyündə ən azı 7 ay qalır. Bu durum, Uludağda qış turizminin inkişafına səbəb olmuşdur.

İqlimi

Orta temperatura Bursada (100m) 14,5˚C olduğu halda, Uludağda (1878m) 4,8 ˚C-yə düşür. Uludağda Dekabr, Yanvar, Fevral, Mart aylarında orta temperatura 0 °C-nin aşağısında olur. Uludağda ən soyuq ayın orta temperaturu –4,1 ˚C, ən isti ayın orta temperaturu isə 13,9 ˚C-dir. Uludağın şimalı ətəklərində orta illik yağıntı 674 mm, Uludağ Metroloji Stansiyasında isə orta illik yağınti 1453 mm-ə qədər yüksəlir.

2 gecə / 3 gün 

Qiymətə daxildir:

  • Aviabilet
  • Otel 2 gecə 3 gün 
  • Transfer
  • Sığorta 
  • Qidalanma 

 

 

 

 

 

 

 

Please follow and like us:

Leave a Reply