2018-ci ildə Azərbaycana gələn turistlərin sayı açıqlandı

2018-ci ildə Azərbaycana gələn turistlərin sayı açıqlandı

2018-ci ildə də ümumilikdə Azərbaycan Turizmi öz inkişaf xəttini qoruyub saxlamış və bu sahədə 6 faizdən çox böyümə əldə etmişdir. Ötən il Azərbaycana 2 milyon 850 min turist gəlib. Statistik məlumatlara görə Azərbaycana gələnlərin hər beş nəfərindən biri Körfəz ölkələrinin vətəndaşları olub. 2018-də Azərbaycan dünyanın 196 ölkəsindən  2 milyon 850 min turist qəbul edib. 

Gələn turistlərin 31,1%-i Rusiya Federasiyası, 20,9%-i Gürcüstan, 10,1%-i Türkiyə, 8,6%-i İran, 3,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7%-i Səudiyyə Ərəbistanı, 2,4%-i İraq, 2%-i Ukrayna, 19%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 65,7%-ni kişilər, 34,3%-ni isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,1%-i yanvar, 6,4%-i fevral, 10,5%-i mart, 8,3%-i aprel, 7,9%-i may, 10,2%-i iyun, 12,5%-i iyul, 12,2%-i avqust, 8,8%-i sentyabr, 8%-i oktyabr, 8,1%-i isə noyabr ayında ölkəyə gəlib.

Bu ilin yanvar-noyabr aylarında Körfəz ölkələrindən(Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) və Hindistan, həmçinin də Pakistandan gələn qonaqların sayında da ciddi artım qeyd alınıb. İrandan gələnlərin sayında 33,4%, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,5% azalma müşahidə edilib. Ümumilikdə, Körfəz ölkələrindən 518,1 min nəfər gəlib və ölkəyə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

Bu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,1% artaraq 106,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3% artaraq 971,3 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,1%-i dəmir yolu və avtomobil, 41,9%-i hava, 1%-i isə su nəqliyyatından istifadə edib.

Please follow and like us:

Bir cavab yazın