AI – Azərbaycan Biznes Forumu

AI - Azərbaycan Biznes Forumu

AI - Azərbaycan Biznes Forumu

AI – Azərbaycan Biznes Forumu

Bakıda hər il ənənəvi olaraq keçirilən AI-Azərbaycan Biznes Forumu bu il 13 iyun tarixində baş tutub. Avropa və Azərbaycan şirkət nümayəndələri və rəsmiləri ölkədə həyata keçirilən son iqtisadi islahatlar və bir sıra mühüm sənaye sahələrindəki inkişaf ilə bağlı müzakirələr aparılıb.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən forum biznes mühiti ilə bağlı müzakirələr və investisiya imkanları üçün unikal bir platformadır. Ötən illər ərzində Aİ-Azərbaycan Biznes Forumu Avropa İttifaqı ölkələrindən və Azərbaycandan 800-dən çox iştirakçını bir araya toplayaraq Azərbaycan gündəliyi üzrə 

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə əməkdaşlığı ilə Azərbaycan və Avropa şirkətlərini və digər maraqlı tərəfləri 13 iyun 2019-cu il tarixində keçiriləcək Aİ-Azərbaycan Biznes Forumunda iştirak etməyə dəvət ediblər. Forum Bakı şəhərində, JW Marriott Absheron Hotelində baş tutub

Biznes Forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək və biznes liderləri, investorlar, hökumət nümayəndələri və siyasət formalaşdıran digər şəxslərdən ibarət təxminən 500 yüksək səviyyəli nümayəndələri bir araya gətirib. İştirakçıları mövcud biznes imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan Kənd Təsərrüfatı və Qida, Tikinti və Maşınqayırma, Nəqliyyat və Logistika, İKT və Elektron Ticarət sahələri ilə bağlı panel müzakirələr edilib. Azərbaycan və Aİ şirkətləri yeni biznes əlaqələri yaratmaq məqsədilə ikitərəfli görüşlər (B2B) keçirmə imkanı əldə edəcəklər.

Please follow and like us:

Bir cavab yazın