Avropa liqası Finalı oyunu – Bakı 2019

Финал Лиги Европы-2019 в Баку!

Avropa liqası Finalı oyunu- Bakı 2019

2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Nüfuzlu turnirin final oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.

Biletlər mart ayından etibarən satışta olacaqdır. Gözlənilir ki, qarşılaşmanın ən ucuz bileti 35 avro, ən bahalısı isə 130 avro civarında olacaq. Birinci kateqoriyalı biletlər daha baha, dördüncü kateqoriyalılar isə daha ucuzdur. Bakıda keçiriləcək final oyununda bilet qiymətləri keçən il keçirilən müsabiqə ilə müqayisədə daha ucuz olması gözlənilir

Uyğun qiymətə bileti bizə müraciət edərək də əldə bilərsiniz.

Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Please follow and like us:

Bir cavab yazın