Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

5-7 aprel tarixində ölkəmizin turizm sənayesində əsas tədbir olan 17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisi öz işinə başlayacaq. Artıq bir neçə ildir ki, sərgi öz aktuallığını qoruyub saxlamaqla yanaşı, müxtəlif istiqamətlərdə turizm imkanlarını nümayiş etdirməklə həm qonaqlarını, həm də sərgiyə gələn ziyarətçiləri məmnun edir.

Sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək və turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının nümayəndələrini eyni platformada bir araya gətirəcəkdir. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

“AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək. Sərginin ənənəvi iştirakçısı — Azərbaycan Turizm Assosiasiyası (AzTA) da sərgiyə yaxından dəstək verir. “AITF” sərgisi həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və otel şəbəkələri, eləcə də turizm sahəsi üzrə digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya Respublikası, Dominikan Respublikası, Gürcüstan, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Sərgidə “Tibbi və Sağlamlıq Turizmi” sektoru geniş təqdim olunacaq. Bu sektorun iştirakçıları istirahət məkanlarını seçməklə yanaşı, yüksək ixtisaslı tibbi xidmətlərdən də faydalanmaq üçün müxtəlif imkanlar nümayiş etdirəcəklər. “AITF 2018” sərgisinin tərəfdaş ölkəsi hər il mütəmadi olaraq öz milli stendi ilə çıxış edən Bolqarıstandır.

“AITF” sərgisi Azərbaycanda daxili turizmin inkişafını fəal şəkildə əks etdirir və bu il də istisna olmayacaq, belə ki, hər zaman olduğu kimi, bu il ölkənin turizm potensialı yerli regionlar tərəfindən nümayiş olunacaq və “Ulduz Turizm” və başqa turoperatorlar, eləcə də və digər otel şəbəkələri də öz xidmətlərini təqdim edəcəklər. Ənənəvi olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycan Turizm Assosiasiyası (AzTA) ayrıca stendlə təmsil olunacaqlar.

Please follow and like us:

Leave a Reply