Azərbaycanın Yeni Turizm Brendi

Azərbaycanın Yeni Turizm Brendi

Azərbaycanın Yeni Turizm Brendi

Azərbaycanın Yeni Turizm Brendi

Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun (Büro) təşkilatçılığı ilə 18 oktyabrda Bakıda keçirilən Milli Turizm Sammitində “Take another look” başlıqlı yeni milli turizm brendi təqdim olunub.

Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva bu yeni brendin Azərbaycanın turizm sahəsində gücünü və  Azərbaycan təbiətinin gözəlliklərini, adət ənənəsini özündə əks etdirəcəkyini qeyd edib.

F.Əliyevanın sözlərinə görə, yeni turizm brendinin dünya ictimaiyyətinə təqdimatı isə bu ilin noyabr ayında Londonda (Böyük Britaniya) keçiriləcək “Dünya Səyahət Bazarı” sərgisində (London WTM) baş tutacaq.

Azərbaycanın yeni turizm loqosu olan «a» hərfi «Azərbaycan» sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini də çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək. Azərbaycanın yeni turizm brendinin «Yenidən fərqli baxışla bax» olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür.

Please follow and like us:

Leave a Reply