AZTA Beynəlxalq sertifikatlı bələdçilər yetişdirəcək

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi”-nin direktoru Yelena Golişevanın rəhbərlik etdiyi nümayəndə heyətini ilə görüşüb. Görüşdə AZTA-nın bələdçi komitəsinin sədri Samirə Quliyeva da iştirak edib
Turizmin təlim-konsaltinq mərkəzi” nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı məlumat mübadiləsinin aparılması, Azərbaycanda və Özbəkistanda təşkil olunan bələdçı təlimlərinin metodikası, proqramları və cədvəlləri ilə qarşılıqlı tanışlıq, eləcə də birgə təlimlərin keçirilməsi barədə razılığa gəlinməsi olub. Görüşdən sonra Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistanın “Turizmin təlim-konsaltinq mərkəzi” hər iki ölkədə peşəkar bələdçilərin hazırlanması, eləcə də beynəlxalq statuslu bələdçilərin hazırlanması və təlimi barəsində əməkdaşlıq razılığına gəliblər

Please follow and like us:

Bir cavab yazın