Bakı Aerobika üzrə Avropa Çempionatı 2019

Bakı Aerobika üzrə Avropa Çempionatı 2019

Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə 2019-cu ildə Bakı aerobika üzrə Avropa Çempionatlarına ev sahibliyi edəcək.

2019-cu ilin 23-25 may tarixlərində Milli Gimnastika Arenası ilk dəfə olaraq, qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Ölkəmizdə son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə Avropa birinciliyin məhz paytaxtımızda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.

Xatırladaq ki, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycan Gimnastika Federasiyası 2019-cu il ərzində idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə həm Dünya Kuboku, həm də Dünya Çempionatını da təşkil edəcək.

Qeyd olunan oyunları siz də canlı izləmək istəyirsinizsə bilet üçün bizə müraciət edə bilərsiniz.

Please follow and like us:

Bir cavab yazın