Bakı Beynəlxalq Humanitar Forumu

Bakı Beynəlxalq Humanitar Forumu

Bakı Beynəlxalq Humanitar Forumu

Bakı Beynəlxalq Humanitar Forumu

Bakı Beynəlxalq Humanitar Forum – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrlı dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Foruma həmçinin “ Dünyanın ən böyükləri ” dəvət olunurlar, bunlar dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləridir. İnsan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri bir araya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli tapılır.

FORUMUN MÖVQEYİ

Qloballaşma dövründə humanitar problemlərə aid olan və bəşəriyyətin ürək ağrısını özündə əks etdirən mövqeləri Bakı Bəyannaməsində işıqlandırılır.

FORUMUN MƏQSƏDİ

Dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Bu şüuru həyəcanlandıran, çox aktual mövzular arenasında sadə insandan dövlət liderinədək hamı eyniliklə eşidə və eşidilə bilər.

FORUMUN VƏZİFƏSİ

İdeyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasıdır.

FORUMUN NƏTİCƏSİ

Beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlərdə təcəssüm olunur.

 

Please follow and like us:

Leave a Reply