V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 28-30 sentyabr 2017-ci il tarixində Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası təşkil olunacaq.

Sərgi-Yarmarkada iştirakla bağlı 100-dək yerli, 40-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatlar qeydiyyatdan keçib.

3 gün davam edəcək (saat 10:00-dan 18:00-dək) sərgi-yarmarka zamanı yerli və xarici nəşrlərin nümayişi və satışı ilə yanaşı, tanınmış yazarların oxucularla görüşü, kitab təqdimatları, yerli və xarici naşirlərin işgüzar toplantıları və digər çoxsaylı tədbirlər keçiriləcək.

Sərgi-yarmarkaya ziyarətçi qismində qatılmaq və həmin tədbirlərdə iştirak etmək sərbəstdir.

Please follow and like us:

Leave a Reply