Bakıda İran turlarının təqdimat mərasimi keçirildi

Bakıda İran turlarının təqdimat mərasimi keçirildi

Bakıda İran turlarının təqdimat mərasimi keçirildi

Bakıda İran turlarının təqdimat mərasimi keçirildi

2018-ci il 25 oktyabr, Bakının Turizm Agentlikləri Assosiasiyasının (AZTA) konfrans zalında, «Ulduz Tourism» MMC şirkətinin təşəbbüs ilə İran turlarının təqdimat mərasimi keçirildi.

Təqdimat mərasimində, Azərbaycan Turizm Assosiasiyasının (Azta) icraçı direktoru, yerli turizm şirkətlərinin rəhbərləri və yerli hakimiyyət orqanları iştirakı ilə təşkil olunan bu mərasimdə, «Ulduz Tourism» MMC şirkətinin idarəedici direktoru, bu görüşün məqsədini, Azərbaycanın turizm agentciklərinin nümayəndələrinə, İran turizm potansellərını və İran-Azərbaycan sərhədində yerləşən vilayətlərinin cazibəli turisti yerlərinin təqdimatı üçün bildirmışdı.

O, bu mərasimində, İran tarixi və mədəni bir ölkə olduğu kimi, bu xarakterdə görüşlərin davam etdirilməsının zəruri olduğunu və İran- Azərbaycan xalqlarının tarixi və mədəni əlaqələrinin vacibliyini vurğulamışdı.

«Ulduz Tourism» şirkətinin baş direktoru Həmid Cahedi əlavə etdi ki, İran dünyada tarixi-mədəni potensialına malik olan bir ölkədir. Bu ölkənin tarixi qaynaqları və dəyərli mədəni irs və coğrafiyası var. Hal-hazırda, hər il təxminən bir milyon nəfər müalicə və ziyarət məqsədilə Azərbaycandan İrana səyahət edir, lakin, turizm təşkilatları tərəfindən sistematik proqram və plan olmamağı səbəbindən və ənənəvi turizm əlaqələrinin anlaşılmazlığı, İran ölkəsinə turizm təşkilatları tərəfindən gedənlərin sayını məhdudlaşdırmışdir. Yaxın illərdə Azərbaycan dünyanın ən yaxşı turizm mərkəzlərindən birinə çevrilib və hər il İrandan təxminən yarım milyon turist Azərbaycana maraq göstərir.

O, bu kimi seminarın və info turlarının keçirilməsini, İranın turisti yerləri ilə tanış olmaq üçün bir fürsət olduğunu deyərək bildirmişdir ki, İki ölkədən turistlərin sayını, daha çox İranı tanıtmaq, əlverişli turizm paketlərini təqdim etmək, sağlamlıq turları, su terapiyası turları, ticarət və sərgi turları, səhra və safari turları, ziyarət səfərləri və təbiət turizmi ilə balanslaşdırmaq mümkündür.

Please follow and like us:

Leave a Reply