Bədii Gimnastika üzrə Dünya Kubokları 2019

2019-cu il aprelin 26-28-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Batutçulardan və idman gimnastlarından sonra bu dəfə meydançanı gimnastikanın ən zərif nümayəndələri təhvil alaraq güclərini sınayacaqlar.

Azərbaycan Gimnastika Federasiyasının məlumatına əsasən artıq 43 ölkədən 200-dən çox gimnastın kubok yarışlarında mübarizə aparacağı gözlənilir. Üç gün davam edəcək turnirdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Yarışın ilk iki günündə təsnifat mərhələləri təşkil olunacaq. Həmçinin çoxnövçülük üzrə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. Aprelin 28-də isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək. Bununla yanaşı, ən çox icra xalını yığan gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Please follow and like us:

Bir cavab yazın