Beynəlxalq Dolma Festivalı

International Dolma Festival

International Dolma Festival

Beynəlxalq Dolma Festivalı

İyunun 15-də Xaçmaz rayonunda III Beynəlxalq Dolma Festivalı keçiriləcək.

Festivalda bölgələrimizdə bişirilən və müxtəlif şəkildə hazırlanan 300 növ dolma çeşidini görmək mümkün olacaq. Həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunacaq.

Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən qonaqlar. O cümlədən İndoneziya və Ukraynadan gəlmiş qonaqlar iştirak etməsi, milli mətbəxlərinin yeməklərini sərgiləməsi gözlənilir.

Festivalda 6 nominasiya üzrə mükafatlar öz sahiblərini tapacaq. “Ən yaxşı xarici ölkə dolması”, “Ən yaxşı rayon süfrəsi”, “Ən maraqlı tarixi qeyri-adi dolma”, “Ən yaxşı dolma”, “Ən yaxşı xarici təqdimat”, “Ən çox medal toplayan rayon”.

Festival ölkəmizin müxtəlif bölgələrində dolma növlərinin aşkara çıxarılmasına, qədim ənənəyə malik milli mətbəximizin yerli və beynəlxalq ictimaiyyətə təqdim olunmasına xidmət edir.

Please follow and like us:

Leave a Reply