Bodrumda Hind nağılı

Bodrumda Hind nağılı

Bodrumda Hind nağılı

Bodrumda Hind nağılı

Bodrumda Hind nağılı

Bodrumda Hind nağılı

Hindistanin ən zəngin ailələrindən olan Anıl və Micharu Guptanın oğulları Rahul Gupta ilə Sunu və Rəhmi Agarwahın qızları Bodrumda dünya evinə girdilər. Möhtəşəm mavi dənizi və sabahın illk işıqlarınadək davam edən gecə həyatı ilə Bodrumda yerləşən Lux Bodrum Resort&Residence hoteldə cütlüyün toyları baş tutub. Möhtəşəm toy fərqli performansları ilə yadda qalıb.
Cütlük Türk Hava Yollarından özəl olaraq kirayələnən A330 təyyarəsi ilə Hindistanın Bombey şəhərindən Bodruma gətirilib. 4 gün, 4 gecə davam edən toy ənənəvi hind əyləncələri ilə bütün qonaqları valeh edib.
Toyda iştirak edən 250 nəfərlik qonağa xidmət etmək üçün 300 nəfər xüsusi heyət Bodruma dəvət olunub. Hindistanın ən varlı ilk 20 ailəsinin siyahısına daxil olan toy sahibləri aylar öncə toy hazırlaqlarına başlayıb . Əfsanəvi toyun təşkilatçılığı Hind qrup bazarının lider şirkəti inventum Global şirkətinə məxsusdur.
Toyda bəy hind ənənələrini yerinə yetirdikdən sonra qardaşı tərəfindən otelə gətirilən və Sarı adı verilən xüsusi bir gəlinlik geyinən gəlin bəyə təqdim olunub. Daha sonra 2 saat davam edən nigahla dünya evinə qədəm qoyublar. Nigahdan sonra qonaqlara verilən yeməkdə isə dənizdə flyboard şou baş tutub. Hindistanlı qonaqlar toyun son gecəsində sabahın ilk işıqlarına qədər əyləniblər.

Please follow and like us:

Leave a Reply