Prime Travel Market

15 Mart 2019-ci ildə Azərbaycan daha bir böyük turizm sərgisinə ev sahibliyi edəcək.

“Prime Travel Market” 2019-cu ilin martında Bakıda, “JW Marriott Absheron” otelində baş tutacaq dördüncü turizm tədbiridir və lüks turizm sənayesindəki sahibkarları bir araya gətirəcək.

İstirahət mərkəzləri, dünya otel zəncirləri, unikal butik otellər, aviaşirkətlər, kruiz şirkətləri, DMC və lüks tur operatorları, səyahət agentlikləri, unikal səyahət təcrübələri və yeni istiqamətlər üçün birinci dərəcəli konsyerj şirkətləri –  bunlar hamısı “Prime Travel Market”-də  təmsil olunacaq.

“Prime Travel Market”, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə “Prime Consulting” şirkəti tərəfindən təşkil olunur. Baş konsultinq şirkətinin əsas məqsədi, yeni xarici şirkətlərə Azərbaycan və MDB ölkələrində  turizm sənayesində güclü bir mövqe yaratmaq və inkişaf etdirmək üçün bazara giriş xidmətlərini təmin etməkdir.

“Prime Consulting” şirkətinin təmin etdiyi xidmətlərə bazar araşdırmaları, işgüzar tərəfdaş axtarışı, görüşlərin təşkili, marketinq strategiyasının hazırlanması, ticarət missiyalarının təşkili, tərəfdaşların təmsilçiliyi, hüquqi xidmətlər və biznes forumları, konfranslar və qəbullar kimi tədbirlərin idarə olunması aiddir.

Please follow and like us:

Bir cavab yazın