Qara Cümə (Black Friday)

Qara Cümə

Qara Cümə

Qara Cümə (Black Friday)

ABŞ-da hər il noyabr ayının dördüncü cümə axşamı gün “Minnətdarlıq Günü” kimi qeyd olunur. Bu gündən bir gün sonra, yəni Cümə günü “Black Friday” yəni “Qara Cümə” adlandirilir. Həmin gün mağazalar ən azı 20% olmaqla 70%- qədər endirimlər tətbiq etdiklərindən insanlar mağazalara hücum çəkirlər.

BƏS NƏ ÜÇÜN HƏMİN GÜN “QARA CÜMƏ” ADLANDIRILIR?

Bu alver gününə ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən “Black Friday” adı qoyulmuşdur. Bunun səbəbi Fladelfiada, alış-verişdən ötəri nəqliyyatda yaranan “tıxac”lar və digər çətinliklər göstərilmişdi.

“Black” sözü İngiliscədə eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir sözdür. Belə ki, “Black” balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də “Black Friday” şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.

Bundan başqa, ABŞ-ın şirkətləri zərərlərini mühasibat hesablarına qırmızı qələmlə yazarlar, qazanc əldə etdikləri nöqtədə qara qələm istifadə edirlər. “Qara Cümə”, şirkətlərin o gün üçün yalnız qara qələm istifadə etməsinə səbəb olduğundan “Black Friday” belə bir məna da verir.

Please follow and like us:

Leave a Reply