Qubada Regional Mətbəx Festivalı

Qubada Regional Mətbəx Festivalı

Qubada Regional Mətbəx Festivalı

Qubada Regional Mətbəx Festivalı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi və Quba rayon İcra Hakimiyyətinin dəstəyi, Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba Destinasiya Menecmenti Təşkilatının tərtibatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə 27-28 İyul tarixlərində Quba şəhəri Nizami parkında 2 günlük “Regionun Mətbəx Festivalı”-ı keçiriləcəkdir. Festivalda Azərbaycanın və Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən rayonların zəngin milli mətbəxi, mədəniyyəti və etnik xalqların nümunələri sərgiləniləcək və o cümlədən yerli və regional icma nümayəndələrinin, yerli məhsul istehsalçılarının və turizm sahəsinin peşəkarlarının məhsulları nümayiş olunacaqdır. Festivalı ziyarət edəcək qonaqlar tədbir iştirakçıları tərəfindən təqdim olunacaq yemək və içki nümunələrini dada və əldə edə bilərlər. Milli musiqi nümunələri, rəqslər, yerli və tanınmış ifaçıların performansları, müxtəlif tamaşalar, uşaqlar üçün proqramlar festivalın başlandığı gündən etibarən qonaqlarımızn xidmətində olacaq.

Qubada Regional Mətbəx Festivalı-nda həmçinin “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalar təşkil olunacaq.

İstehsalçılar və turizm sahəsinin peşəkarları öz məhsullarını satış məqsədilə nümayiş edəcəklər. 

Bundan əlavə, qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçiriləcəyi “Əsas səhnə” zonası fəaliyyət göstərəcək.
Qida, iaşə və məhsul istehsalı sahəsində çalışan mütəxəssislər üçün təlim məqsədli “Master-Klasslar” ərazisi xidmət göstərəcək. Uşaqlar üçün isə “Əyləncə parkı” zonası qurulacaq. 

Please follow and like us:

Bir cavab yazın