Savalan Info Turu başa çatdı!

Savalan Info Turu başa çatdı!

Ulduz Turizm 30 Noyabr – 03 Dekabr 2018 tarixlərində İran – Savalan Info Turunu təşkil etdi. İnfo turun üzvləri tur boyunca İranın Şimal bölgələri haqqında ətraflı məlumat aldılar. Muğan düzənliyinin təbii və tarixi turistik yerləri ilə tanış olub, Muğan dəvə festivalı proqramında iştirak etdilər. Daha sonra Parsabad rayonunda yerləşən Oltan qalası və Aslanduz rayonunda Nadir Şah Təpəsi və Mil Muğanı görüb, Meşkin şəhəri, Meşkinin tarixi və təbii yerləri(xüsusilə Asma körpü) ilə və su terapiyası və SPA mərkəzləri ilə tanış olub buradan da Ərdəbil-Sərein Nir şəhərinin təbii və tarixi yerlərini ziyarət etdilər. Daha sonra Heyran Gədiyi və Nəmin rayonuna aid olan yerlərlə tanış olduqdan sonra Azərbaycana qayıtdılar. Ümumilikdə üzvlər İranın şimal bölgələrinin təbiəti, mədəniyyəti, tarixi və bölgənin turizm imkanları və bəzi otelləri ilə hərtərəfli tanış oldular.

 

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-2029803      Sosial şəbəkədə ünvanlarımız:       

 

Please follow and like us:

Leave a Reply