Əl Sənətləri və Turizm Sərgisi

Təbriz Əl Sənətləri və Turizm Sərgisi

Təbriz Əl Sənətləri və Turizm Sərgisi

Təbriz Əl Sənətləri və Turizm Sərgisi

2-6 iyul 2019-cu il tarixlərində İranın Təbriz şəhərində yerləşən Beynəlxalq Sərgi Salonunda 9-cu Əl sənətləri və 1-ci Təbriz Turizm Sərgisi baş tutub. Sərgidə Ulduz Turizm də Şahsevən tayfalarının çadırlarının nümayişi ilə iştirak edib. İyul ayının 2-si etibarı ilə başlayan sərgidə müxtəlif incəsənət sahələrinə aid əl işləri, bundan əlavə rəssamların müxtəlif üslublarda yaratdığı əsərlər nümayiş etdirilib. Sərginin keçirilməsi İran və qonşu ölkələr arasında ikitərəfli əməkdaşlığın və mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verir. Buradakı işlərlə tanış olan qonaqlar, əsərlərin insanı çox dərin fikirlərə qərq etdiyini bildiriblər. Burada həmçinin Azərbaycan mədəniyyəti də təbliğ edilib. Bundan başqa eyni tarixlərdə Tərbiz 1-ci Turizm sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təbrizin turizm sənayesidə yeri, gələcək inkişaf planları üzərində müzakirələr aparılıb. Sərgi İranın turizm potensialının üzə çıxarılmasına xidmət edir.

Please follow and like us:

Bir cavab yazın