Ankara Turu

Ankara Turu – 7 gecə / 8 gün


Xidmətlər:

  • Komfortlu nəqliyyat
  • Hotel
  • Tur bələdçi
  • Foto çəkiliş
  • Transfer
  • Sığorta
  • 40 kq baqaj
  • Yol boyunca əyləncəli, intellektual oyunlar və şirniyyat, sərin içkilər olacaq.

 

Tur Proqram:

1-ci gün Heyder Aliyev Beynəlxalq Hava Limanı  (uçuş vaxtına uyğun)

Turun müddətinə uyğun proqram təklif olunacaqdır.

Son gün Bakıya Dönüş.

 

Qiymətə daxil deyil:

  • Giriş biletləri
  • Yolboyu qidalanma

 

Ankara haqqında 

Ankara -Türkiyə Cümhuriyyətinin paytaxtı, İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir.Ankara Türkiyənin İç Anadolu bölgəsində yerləşir.

Şəhərin XX əsrədək əhalisi 16 min nəfərdən ibarət kiçik şəhərcik idi və Anqora yunuyla tanınırdı. 1923-cü ildə milli-azadlıq müharibəsi zamanı Ankara Türkiyənin paytaxtı oldu.

Ankaranın arxitekturası kifayət qədər müxtəlifdir və şəhərin tarixini əks etdirir. Şəhərin ən köhnə görməli yerləri öz tarixini Roma vaxtlarından başlayır – bunlar Roma hamamları, Yulian kolonnası və Roma məbədidir.

Bizans dövrünə aid İçqala Hisar və qəbiristanlıq xüsusilə maraqlıdır. Səlcuklar Ankaraya kvadrat formalı Ələddin məscidini vermişdir.

Osmanlı hakimiyyəti dövründə Ankarada bir çox tarixi binalar tikilmişdir. Daha erkən binalar çox təsiredici olmasalar da, turistlərin diqqətini qazanmışlar.

Onların arasında daha diqqətəlayiq Haci Bayram MəscidiMahmud Paşa bazarıdır. 

Çağdaş şəhərin mərkəzi strukturu Türkiyədə indiyə qədər böyük hörmətə layiq Atatürk məqbərə kompleksidir.

Köklü tarixə malik olan Ankara şəhəri zəngin mədəniyyətə malikdir.

Ankarada gəziləcək bir çox turistik-tarixi məkanlar vardır, bunlardan bir neçəsi ilə sizləri tanış edirik.

Memarlıq

Anıtkabir memarlıq baxımından bir neçə hissədən ibarətdir. Mavzoleyə gedən yol  “Aslanlı yol” adlanır. Həmin yolun sağ və solunda ümumilikdə 24 aslan heykəli var.

Eyni zamanda burda 10 müxtəlif mövzuya ithaf edilmiş qüllələr də var ki, (İstiqlal, Hürriyyət, Sülh, İnqilab və s.) onların da hər birinin içərisində aid olduğu mövzularla bağlı Atatürkün dediyi sözlər və müxtəlif eksponatlar var.

Aslanlı yolun sonunda tədbirlərin keçirilməsi üçün böyük bir meydana, oradan da mavzoleyə keçmək olur.

Turistik zona

Hamamönü bizim İçərişəhər kimidir. Şəhərin ilk yaşayış nöqtələrindən biri hesab olunur. Son dövrlərdə yaxşı restavrasiya edilib və yenidən qurulub. Ən maraqlısı isə, yenidən qurulmuş olsa da, hələ də insanların öz əvvəlki işləyirlə məşğul olmaları, yaşayış tərzlərini dəyişməmələridir. Zövq alaraq saatlarla gəziləcək gözəl bir yerdir. Buradakı kafelər qumda bişirilən türk qəhvəsi və zəngin səhər yeməyi menyuları ilə məşhurdur.

Burada eyni zamanda Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoyun ev muzeyi də yerləşir. Bundan başqa qədimi əşyalar, hədiyyəlik suvenirlər, əldə düzəldilmə kiçik sənət nümunələri satılan məkanlar da, özü elə gəzilməli yerlərdir.

 

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob: +994-55-8824921      Sosial şəbəkədə ünvanlarımız:       

 

Bir cavab yazın