Oktyabrın 14-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə Assosiasiya üzvləri üçün “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna tanışlıq məqsədli infotur təşkil olunub.
İnfoturda ATAA – nın üzvlərinə Qoruq ərazisində aparılan yenidənqurma və bərpa işləri ilə bağlı məlumat verilib, Şeyx Məhəmməd məscidi, Bazar meydanı, Basqal hamamı və digər tarixi yerləri nümayiş olunub.
İnfotur iştirkçıları həmçinin Basqal Resort and SPA hoteli ilə də yaxından tanış olublar. Onlara hotelin yerləşmə imkanları və turistlərə təqdim olunan xidmət çeşidləri haqda ətraflı məlumat verilib.
Qeyd edək ki, İsmayıllı rayonunun Basqal qəsəbəsi Bakıdan 160 kilometr məsafədə yerləşir. Bu ərazinin 50 hektarı 1989-cu ildə yaradılan “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aiddir. Statistik məlumatlara görə, hazırda qəsəbədə rəsmi olaraq 1480 nəfər qeydiyyatdadır. Onlardan təxminən 600 nəfəri qoruq ərazisində yaşayır.
İnfoturda çərçivəsində ATAA – nın üzvləri həmçinin “Diri Baba” türbəsi kompleksinə də baş çəkib, nadir maddi-mədəniyyət nümunəsi ilə yaxından tanış olublar.