Keniya və ya rəsmi adı ilə Keniya Respublikası Şərqi Afrikada dövlət. Keniya şərqdən Somali, şimaldan Efiopiya, şimal-qərbdən Cənubi Sudan, qərbdən Uqanda, cənubdan Tanzaniya ilə həmsərhəddir. Cənub-şərqdən isə Hind okeanı ilə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Nayrobi, ümumi sahəsi 580,367 kvadrat kilometr, əhalisinin sayı 47 milyon nəfərdən çoxdur. Keniya 12 dekabr 1963-cü ildə Böyük Britaniyadan müstəqillik əldə etmişdir.Cənubdan Tanzaniya, qərbdən Uqanda, şimali-qərbdən Sudan, şimalında Efiopiya, şimal-şərqində Somali ilə həmsərhəddir. Paytaxtı Nayrobi şəhəridir. Bir çox alimlərin mülahizələrinə görə Keniya ərazisi ilk insan məskənlərindən biridir. Ölkənin şərqində yerləşən Rudolf gölü sahillərində 3 milyon il bundan əvvəl yaşamış qədim insanın qalıqları və əmək alətləri aşkar edilmişdir.Sonralar Keniya ərazisində indiki efiopiya irqinin əlamətlərinə yaxın olan insanlar məskunlaşmışlar. Burada, həmçinin koysan (indiki Cənubi Afrika) irq tipinə aid edilən tayfalar da yaşamışlar. Keniyanın ən böyük etnik qrupu Kikuyular əhalinin 25%-ni təşkil edir, paytaxt Nayrobi ətrafında yaşayırlar və ənənəvi olaraq iqtidarı əlində saxlayan qrupdur.Luhyalar ölkənin 2-ci böyük etnik qrupudur. Qərbi Keniyada Uqanda sərhədləri ətrafında yaşayırlar.Luolar Ukereve gölü (Viktoriya gölü) ətrafında yaşayırlar və 3-cü böyük etnik qrupu təşkil edir. Uqanda və Tanzaniyada yaşayan xalqlarla qohumdurlar. Son vaxtlar bölgədə baş verən müharibələr Luoların Kikuyu iqtidarı ilə tarixi hesablaşmasından ibarətdir.Keniyanın 4-cü böyük etnik qrupu Kalenjinlər beşinci isə Kambalardır. Kambalar ənənəvi olaraq hərbidə söz sahibi roldadır. 6-cı ən böyük etnik qrup olan Kisiilər əhalinin 6%-ni təşkil edir və siyasi olaraq Luolar kimi Kikuyu iqtidarına qarşı bir siyasət sərgiləyirlər.
Keniyada gəzməli yerlər:
- Masai bazarları
- Milli park
- Nayrobi safari gəzintisi
- Fil balalarının sığınacağı
- Karen Blixenin ev-muzeyi
- Amboseli Milli Parkı
- Samburu Milli Qoruğu
- Aberdares Milli Parkı
- Nakuru Gölü Milli Parkı
- Masai Mara Milli Qoruğu
- Nayrobidəki Zürafə mərkəzi
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız:
![]()