Azərbaycana vizasız gələn ölkələr

Azərbaycanla Mərakəş arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə saziş imzalanıb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proses Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşü çərçivəsində baş tutub.

Həmçinin qeyd edək ki, Türkiyə ilə 2019, Qətərlə 2021, Serbiya ilə 2022, BƏƏ ilə 2023, Albaniya ilə 2024 cü ildə viza tələbi qarşılıqlı olaraq ləğv edilib. Bundan əlavə MDB ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Moldova, Belarus, Rusiya) ilə və keçmiş MDB üzvü GürcüstanUkrayna ilə də əvvəlki illərdə viza tələbi aradan qaldırılmışdır.

Bir cavab yazın