Dövlət Bayraq Meydanı

Dövlət Bayraq Meydanı

Bakıda Dövlət Bayrağı Meydanının qurulması barədə sərəncam 2003-ci il oktyabırın 5-də imzalanıb. Eyni zamanda, Dövlət Bayrağı Gününün keçirilməsi haqqında sərəncam imzalanıb. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bayrq Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün əlavə tədbirlər” haqqında sərəncam imzaladı. Meydanda tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat əlavə vəsait ayrıldı. 

Bayraq Meydanının Ərazisi

Meydan üçün seçilmiş ərazi dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə şərait yaradır.

Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.

Bayraq Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Bir cavab yazın