Cənnət Bağı Quba
“Cənnət bağı Quba” – Bakıdan 190 km məsafədə, Azərbaycanın füsunkar təbiətə malik olan Quba rayonunun ərazisində yerləşir. Otelə istirahətə, səyahətə, gəzintiyə gələnlər Böyük Qafqazın şimali şərqinin ən gözəl bir hissəsini real həyatda görə bilərlər.
Mavi səma ilə birləşən qarlı zirvələr, minerallarla zəngin şəffaf bulaqlar, coşqun dağ çayları, bir sözlə əsrarəngiz təbiətin ünvanı olan Quba “Cənnət Bağı” istirahət mərkəzi Sizi maraqlı istirahətə dəvət edir. Siz bu açıq səma altındakı muzeyə ekskursiya edəcək, unudulmaz xatirələrə sahib olacaqsınız.Sağlamlığınızın keşiyində durmaq üçün həm ruhunuzun həm də cisminizin dincələcəyi Quba “Cənnət Bağı”-na gəlin. Təbii sərvətlərdən düşünülmüş və səmərəli istifadə etməniz üçün “Cənnət Bağı”-nda Sizlər üçün hər bir komfort yaradılmışdır.
Otel xidmətləri:
- Restoran və barlar
- Sauna&SPA
- Sağlamlıq mərkəzi
- 2 üzgüçülük hovuzu
- Telefon
- İnternet
- Peyk TV
- Mərkəzi kondisioner və ventilyasiya sistemləri
Ödənişsiz Əyləncələr:
- Motokross
- Futbol
- Basketbol
- Hovuz
- Uşaq parkı
- Fitnes zalı
- Su masajı
- Bilyard
- Tennis
Ödənişli Əyləncələr:
- Bowling
- Güllə atıclığı
- Paintball
- Çin masajı
- Bar xidməti
Otel adı: Cənnət Bağı Quba
Ulduz: 5*
Şəhər: Quba
Ünvan: Amsar kəndi, Quba, Azərbaycan